Now Reading:
Erməni mətbuatı: “Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir”
Full Article 30 second read

Erməni mətbuatı: “Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir”



“Turizm sferasının stimullaşdırılması üçün rusiyalılara daxili pasportlarla Ermənistana girməyə icazə verəcək qərarın qəbul olunması planlaşdırılır”.

Virtualaz.org bildirir ki, bunu Yerevanda çıxan “Aravot” qəzeti yazıb.

“Jamestown” fondunun icmalçısı, politoloq Armen Qriqoryan məsələ ilə bağlı bildirib: “Məqsəd doğrudan da turizmin inkişafı olsaydı, onda Avropaya həftədə iki dəfə ucuz aviareyslərin təşkili daha məqsədəuyğun olardı”.

“Bundan əlavə, turizmin inkişafı məqsədilə digər ölkələrin, xüsusilə Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə vizasız girişinə razılıq verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ermənistan hökuməti özünü sığortalamaq üçün ölkənin Rusiyanın quberniyasına çevrilməsi prosesini sürətləndirib”, – deyə nəşr vurğulayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: