24 saat

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı: “Cəmi 2 nəfər xilas ola bildik”


Milli.Az xəbər verir ki, aprel döyüşlərindən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın düşdüyü durum indi də bu ölkədə müzakirə mövzusu olaraq qalır. Müxtəlif televiziyalarda, internet saytlarında ölkənin hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət şərh edilir, müxtəlif yazılar dərc olunur.

Erməni hərbi qulluqçular da bu barədə öz fikirlərini sosial şəbəkələrdə bölüşməkdən çəkinmirlər.

Ermənistan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçu, kəşfiyyatçı Arsen  Xaçatryan 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında fikirlərini bölüşərkən bildirib: “Türklər (Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri nəzərdə tutulur) bizim mövqelərə çox sayda qüvvə ilə girdilər. O döyüşdə 4 nəfərimiz öldü, 3 yaralı və biz 2 nəfər xilas ola bildik”.


Kəşfiyyatçı A.Xaçatryanın 17.11.2016-cı il tarixdə sosial şəbəkədə paylaşdığı məlumata görə, həmin döyüşdə məğlub olmalarının və mövqeləri tərk etmələrinin səbəbi döyüş sursatlarının azlığı və təminatın olmamasıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: