Erməni futbolçu “Mançester Yunayted”də

Erməni futbolçu Henrix Mkıtaryanın “Mançester Yunayted”ə keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, bu barədə Dortmund “Borussiya”sı rəsmi saytı məlumat yayıb.

Almaniya klubu keçidin rəsmiləşdiyini elan etsə də, müqavilənin detallarını açıqlamayıb. “Mançester Yunayted” isə ümumiyətlə transferlə bağlı hələ açıqlama verməyib. İngiltərə klubu bir neçə saat əvvəl rəsmi saytında satışa çıxarılan formalar arasına Henrix Mkıtaryanın da formasını salmışdı.

“Transfermarkt”ın iddiasına görə, “Mançester Yunayted” erməni futbolçuya görə “Borussiya”ya 42 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2009-cu ildə “Punik”dən 350 min avroya Donetsk “Metallurq”una keçən Mkıtaryan 2010-cu ildə 5,85 milyon avroya “Şaxtyor”a transfer olunub. “Borussiya” 2013-cü ildə onu 27,5 milyon avro qarşılığında heyətinə qatıb.”Transfermarkt” erməni futbolçuya 30 milyon avro qiymət qoyub. Henrix başa çatan mövsümdə 52 rəsmi oyuna çıxaraq 23 qol vurub və 32 qol ötürməsi verib.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Avropanı şoka salacaq transfer

%d bloqqer bunu bəyənir: