Now Reading:
Erməni azərbaycanlı məmurun oğlunu keçəl etdi – Video
Full Article 30 second read

Erməni azərbaycanlı məmurun oğlunu keçəl etdi – Video



Rusiyanın qılıncoynatma üzrə yığma komandasının baş məşqçisi, azərbaycanlı İlqar Məmmədovun başını keçəl qırxıblar.

Baş məşqçinin “bərbər”ləri Rusiya yığmasının üzvləri Yana Yeqoryan və Timur Safin olublar. Məmmədovun saçı olimpiadadan əvvəl verdiyi sözə görə qırxılıb.
Belə ki, olimpiadadan əvvəl Məmmədov bildirib ki, Rusiya yığması 2 qızıl medal qazanacağı təqdirdə, başını keçəl qırxdıracaq. Rusiya qılıncoynadanları Rioda iki qızıl medal qazanıblar. Bundan sonra idmançılar məşqçiyə vədini xatırladıblar. Qeyd edək ki, İlqar Məmmədov Azərbaycan Qılıncoyntama Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur. AzNews.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: