Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erkin Qədirli deyir, ondan üzr istənilib

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli iyunun 17-də ölkədən çıxışına qoyulmuş qadağaya görə, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. Bu haqda onun özü facebook səhifəsində yazıb.

E.Qədirlinin bildirməsinə görə, idarədə onunla nəzakətlə davranıblar:

“…Üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib”

E. Qədrili onunla idarənin cinayət axtarışı şöbəsinin rəisinin görüşdüyünü bildirib.

“Dedi ki, rəhbərliyin tapşırığı ilə anlaşılmazlığa görə üzr istənilir və Real təmsilçilərinin hamısının üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə, dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”, – Erkin Qədirli yazıb.

E.Qədirli iyunun 17-də səhər saatlarında Bakı aeroportundan xaricə ölkəyə buraxılmamışdı. İstirahət məqsədi ilə Türkiyəyə gedəcək olan E.Qədirliyə “sənin ölkədən çıxışla bağlı “stop”un var” demişdilər.

E.Qədirli hava limanından geri qaytarılmışdı

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sahil qəsəbəsində səyyar görüş keçirilib – Qaradağda

%d bloqqer bunu bəyənir: