Now Reading:
Erdoğan üç aylıq fövqəladə vəziyyət elan edir
Full Article 40 second read

Erdoğan üç aylıq fövqəladə vəziyyət elan edir



Prezident deyib ki, fövqəladə vəziyyət “təhlükənin mümkün qədər tez zamanda aradan qaldırılması üçün lazımdır”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ötən cümə baş vermiş çevriliş cəhdinin ardınca iyulun 20-dən 21-ə keçən gecə ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib.

Prezidentin bu bəyanatı Ankarada keçirilən hökumət kabineti iclasından sonra səslənib.

Cənab Erdoğan deyib ki, fövqəladə vəziyyət “təhlükənin mümkün qədər tez zamanda aradan qaldırılması üçün lazımdır”.

O deyib ki, bu, “demokratiya, qanunun alililiyi və azadlığın gücləndirilməsi” naminə edilir.

Prezident çevriliş cəhdi zamanı “dövləti müdafiə edərkən ölənləri” “şəhid” adlandırıb.

Bundan az əvvəl rəsmi Ankara, hakim AKPhökumətinə aid email-lərin açıqlanmasının ardınca Wikileaks saytının bloklanmasına göstəriş vermişdi.

Son xəbərlərə görə “çevriliş cəhdində əli olduğu güman edilən” 99 general və admirala qarşı cinayət işləri açılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: