Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Emin Millinin qaynı buraxdılar

‘Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam”

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov müdafiə çıxışı edib. O, çıxışında Nazim Ağabəyovun heç zaman narkotik maddədən istifadə etməyib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nazim Ağabəyov son sözlə çıxış edib. O, bildirib k, o heç zaman cinayətkar olmayıb: “20 ilin mütəxəssisiyəm. Evimdə xəstə uşağım var. Heç bir zaman narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışam. Nə siqaret, nə də spirtli içli istifadəçisi deyiləm. Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm”.

Prokuror ötən prosesdə məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Onun barəsində 234.4.3( külli miqdarda narkotk) maddəsi 234.1(narkotik vasitə) maddəsi tövsif edilib. 70 ( şərti cəza ) tədbiq edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə qaldığı 1 ili də çıxarılaraq 2 il 4 ay müddətinə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, “Meydan” TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb (lent.az).

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Türkiyədə şəhər mərkəzinə mərmi atıldı – Yaralananlar var

%d bloqqer bunu bəyənir: