Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elzadan Tahir Süleymanova : “Mənə ad günü hədiyyəsi bu olar ki, halal yerimi qaytarsın”

“Ad günümdə qızımla kürəkənim paltar, oğlumla gəlinim isə ayaqqabı hədiyyə etmişdi. Həmin hədiyyələri isə dünən “Azərbaycanın Səsi” layihəsində geyinmişdim”.

24saat.org xəbər verir ki, bu haqda gununsesi.info-ya Əməkdar artist, məşhur bəstəkar-müğənni Elza Seyidcahan özü deyib.
Doğum günü təəssüratlarını bölüşən E.Seyidcahan bir çox dostundan ona simvolik hədiyyər edildiyini də vurğulayıb.”Yaxın bir dostum mənə ad günüm üçün bahalı üzük bağışlayıb. Bu özəl günümdə məni yada salan hər kəsə təşəkkür edirəm” – deyən xanım bəstəkar “Ad gününüzdə seçkilərdə rəqibiniz olmuş millət vəkili Tahir Süleymanovdan hədiyyə gələrdisə qəbul edərdinizmi və onunla barışardınızmı” sualını belə cavablandırıb:
“ Tahir Süleymanovla küsülü deyiləm ki… Yaşlı adamdır, mənim onunla nə işim var? Hədiyyə barəsində isə bir söz deyə bilmərəm. Doğum günü hədiyyəsi olaraq, Tahir Süleymanovdan yalnız bir hədiyyəni qəbul edərdim – öz yerimi mənə qaytarsın. Məndən aldığını geri versin. Bu, mənim üçün hədiyyə yox, halal malım olar. Necə deyərlər, Tahir Süleymanov haqqa gəlsəydi, sevinərdim”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Handenin bu halı hamını şok etdi – fotolar

%d bloqqer bunu bəyənir: