Loading...
Loading...
h2_31475825443.jpg

Elza səhnədə başında gül çələngi ilə – FOTOLAR

Əməkdar artist Elza Seyidcahan “Mən küləyin gəliniyəm” adlı konsert proqramı ilə çıxış edib.

BiG.AZ xəbər verir ki, konsertin aparıcısı qonaqları salamladıqdan sonra əməkdar artist Hüsniyyə Mürvətova səhnəyə ağ gəlinliyi xatırladan libasla çıxıb və “Mən küləyin gəliniyəm” adlı şeiri səsləndirib. Daha sonra söz əməkdar artist Elza Seyidcahana verilib. O, “Ağ çiçəyim” mahnısı ilə konserti açıq elan edib və ard-arda sevilən mahnılarını ifa edib.

Multikulturalizmə həsr olunan gecədə azyaşlı modellər də səhnəyə çıxaraq qeyri-adi libaslarını nümayiş etdiriblər.

Əməkdar artist bildirib ki, uzun müddətdir, sözügedən layihəyə hazırlaşır: “Bu il multikulturalizm ili elan olunub. Biz də təbiətdə var olan gözəlliklərdən ilham alaraq yaradıcılıq işləri görürük. Bu gün gənc, həvəskar modelyerlərin geyimləri nümayiş olunacaq. Mən də öz dəstəyimi onlardan əsirgəməyəcəyəm. Mərasim üçün çiçəklərdən ibarət, fərqli geyim hazırlanmışdı. Xarab olmaması üçün soyuducuya qoymuşduq. Soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxacağım gül çələngi qalıb. bu gün onunla səhnəyə çıxacağam. Son vaxtlar fərqli papaqlara və saç aksessuarlarına üstünlük verirəm. Papaqlarımın həcmi günü- gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Papaq qədim zamandan bizim kişilər üçün vacib olub. Mən də istəyirəm, papağın, saqqalın dəyərini indiki gənclər yaxşı bilsin”.

İfaçı yazdığı şeirlərin tənqid olunmasına da münasibət bildirib: “Uşaqlıqdan şeir yazıram. Bəziləri elə bilir ki, bunu gündəmdə qalmaq, qeyri-adilik yaratmaq üçün edirəm. Bu, belə deyil. Yaradıcılığımı duyanlar mənim şeirimi anlayır. Bir dəfə yol ilə gedirdim, bir qadın yaxınlaşdı ki, sizin “Əşyalar” şeiriniz məni ağladır. O sözdən sonra hönkür-hönkür ağladım. O gündən əşyalarımın qədrini bilirəm. Bəzi şair və şairəciklər mənim şeirlərimə başqa rəng qatır. Mən onların fikirlərinə əhəmiyyət vermirəm. Bacardığım qədər şeir yazmağa davam edəcəyəm”.

Qeyd edək ki, gecədə rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, prodüser Toma, stilist Samir Əliyev iştirak edib./musavat/

Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aparıcı Vüsalə: "Özümü seksual hesab etmirəm"

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: