Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elxan Mehdiyev : “Sərkisyanın sülh danışıqlarından imtina etməsi Azərbaycanın xeyrinədir”

Elxan Mehdiyev : “Bu, müharibə variantının avtomatik olaraq gündəmə gəlməsi deməkdir”

Konfiliktoloq Elxan Mehdiyev 24saat.org-a açıqlamasında rəsmi İrəvanın sülh danışıqlarından imtina etməsini şərh edib. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın sülh danışqılarından imtina etməsi əslində, Azərbaycanın xeyrinə olan bir addımdır. Belə ki, bu, bütün dünyaya Ermənistanın Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı olmadığını elə Sərkisyan hökumətinin öz dili ilə isbatlayır:

“Sərkisyanın sülh danışıqlarından imtina etməsi əslində Azərbaycan üçün çox xeyirli bir gedişdir. Ermənistan Dağlıq Qarabağ probeminin sülh yolu ilə həlli məsələsindən geri çəkilməklə özünü ifşa edir. Bu, Ermənistanın problemin sülh yolu ilə həllindən imtina etdiyi göstərir. Artıq Azərbaycan bu həqiqəti  dünya birliyinə sübut etmək üçün əlavə arqument ortaya qoymasına ehtiyac yoxdur.

Bundan başqa, danışıqlardan imtina etmək, avtomatik olaraq müharibə variantının gündəmə gəlməsi deməkdir. Əgər hərbi əməliyyatlar yenidən bərpa edilsə, o zaman Azərbaycan ordusu düşmənə elə bir zərbə vurmalıdır ki, bu, Sərkisyan üçün sonuncu, sarsıdıcı zərbə olsun”.

Seymur Əliyev

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Yeni siyasi məhbusların adları açıqlandı – 103 nəfər

%d bloqqer bunu bəyənir: