Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1479933692_5

Elnur Nağızadənin cinayət işindən yeni xəbər

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş mətbuat xidmətilə bağlı cinayət işi bağlanmayıb”

Bu barədə Politika.Az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Onun sözlərinə görə, Elnur Nağızadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa veilib: “Hazırda E.Nağızadənin tutulub istintaqa cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. E.Nağızadə istintaqdan gizləndiyinə görə cinayət təqibi üzrə icraat dayandırılmışdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada E.Nağızadə ilə bağlı cinayət işinin dayandırılması ilə bağlı məlumat yayılmışdı.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“800 manatlıq işi 10 min yazırdıq” – “Azəryolservis” rəsmisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: