Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elnur Aslanovun hara qaçdığı bilindi – Özəl/Təfərrüat

Prezident Administrasiyasının sabiq rəsmisi Elnur Aslanovun hansı ölkəyə getdiyi məlum olub.

24saat.org-un əldə etdiyi məlumata görə, məzuniyyət adı ilə Azərbaycanı tərk edən E.Aslanov ABŞ-a yollanıb.

Onun ölkədən gedişi ilə iqtidar mediasında barəsində yazıların çap olunması eyni günə təsadüf edib. “Səs” İnformasiya Agentliyi onun Fətullah Gülənin kadrı olduğunu bir daha xatırladıb.

Əldə etdiyimiz məlumata görə, E.Aslanov Gülən şəbəkəsinin Azərbaycanda demontaj olunmasında duyuq düşüb, rəsmi səviyyədə bu təriqətə qarşı mübarizə başladığını anlayıb və təcili ölkəni tərk edib.

O, həbs olunacağı təhlükəsini bilib və dərhal ABŞ-a yollanıb. Hazırda E.Aslanov ABŞ-dadır və vətənə qayıdacağı sual altındadır. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elnur Aslanovun ölkədən çıxması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Nazirliyin Elektron idarəçiliyin inkişafı şöbəsinin əməkdaşı Şəbnəm Məmmədova bildirib ki, E.Aslanov hazırda məzuniyyətdədir və məzuniyyətini uzadacağı da istisna deyil. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanovun ölkədən getməsi planlı olub.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Göyçayda Füzuli və Cəbrayıl rayonlarının işğal günündə konsert – FOTO

%d bloqqer bunu bəyənir: