Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elmira Süleymanovadan etiraz

Ombudsman Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutunun (AOİ) Dağlıq Qarabağda mülki əhalinin hüquqlarının pozulması ilə bağlı bəyanatına cavab verib.

E.Süleymanovanın məktubunda deyilir: «Avropa Ombudsmanlar İnstitutunun 11 aprel tarixli bəyanatında qeyd olunur ki, «AOİ Dağlıq Qarabağdakı mülki əhalinin insan hüquqlarının pozulmasını və mülki obyektlərə olan hücumları qınayır». Əslində isə Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı heç vaxt belə bir hücum olmayıb. Ermənistan hərbi qüvvələri öz torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən atəşkəsi mütəmadi olaraq pozur. Onların əsas hədəfi yaxın şəhər və kəndlərdə yaşayan dinc [azərbaycanlı] əhalidir. Bunu sübut edən çoxsaylı faktlar var».

E.Süleymanova Avropa Ombudsmanlar İnstitutunun aprelin 11-də verdiyi bəyanatın Dağlıq Qarabağ bölgəsindəki olayları obyektiv ifadə etmədiyini bildirir. Bəyanatın qurumun saytından çıxarılmasını, təkzib verilməsini tələb edir.(azadliq.info)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Qərb Qarabağ təşəbbüskarlığında gecikir” – “The Deily Caller”

%d bloqqer bunu bəyənir: