Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elmar Vəliyevin sənəd dolanbaclığı – Şikayət

Gəncənin müxtəlif ərazilərində İcra Hakimiyyəti orqanlarının satdığı torpaqlara mülkiyyət hüququ verilmir.

Buna görə insanlar aldıqları torpaq sahələrindən aidiyyəti üzrə istifadə edə bilmirlər. Faiq Muxtarov adlı sakin 24saat.org-a deyib ki, Gəncənin Türklər qəsəbəsindəki 4 sot olan torpaq sahəsini icra sərəncamı ilə alıb.
Sənəddə torpağın fərdi yaşayış evi üçün nəzərdə tutulması qeyd olunsa da, indi mülkiyyət sənədlərini ala bilmir. Bu isə öz növbəsində Muxtarovun kommunal xidmətlərdən və qeydiyyat prosedurlarını icra etməkdən məhrum edir. Qeyri-rəsmi mülkiyyətçi çox narahatdır ki, icra başçısı dəyişsə, onun torpaq sahəsinin sərəncamının aqibəti nəcə olacaq? Bu suala isə hələ ki Elmar Vəliyevin rəhbərlik etdiyi Gəncə ŞİH-də cavab verən yoxdur. Muxtarov xahiş edir ki, məsələ ilə bağlı təcili tədbir görülsün.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xəstə yaxınları ölən körpələrini tələb edir, həkimlər isə… (VİDEO)

%d bloqqer bunu bəyənir: