Elmar Vəliyev Ayaz Mütəllibovun kadrıdır? (FOTOFAKT)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bioqrafiyasında tarixi saxtakarlıq üzə çıxıb.

24saat.org-un verdiyi məlumata görə, Gəncə meri haqda vikipediyada bir-birini təkzib edən informasiyalar yerləşdirilib.

Belə ki, vikipediyada E.Vəliyevin 1990-cı ildən 1995-ci ilədək Yevlax Şəhər Sovetinin deputatı olduğu qeyd edilib.

veliyevv

az.wikipedia.org/wiki/Elmar_V%C9%99liyev

Həmin dövrdə Yevlax Şəhər Xalq Deputatları Sovetinin sədri Aşurov Murad Məmməd oğlu olub. Qəribədir ki, E.Vəliyevin heç bir materiallarda adı sovet deputatı kimi keçmir.

qerar

www.e-qanun.az/framework/10267

Belə məlum olur ki, E.Vəliyev 5 il şəhər sovet deputatı vəzifəsində olub, həm Ayaz Mütəllibov, həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyevlə işləyib. Bunun mümkünlüyü ağlabatan deyil.

Digər bir saxtakarlıq da elə vikipediyadakı bioqrafik məlumatda faş olub. Bildirilir ki, E.Vəliyev 1994-2001-ci illərdə Yevlax rayon gömrükxanasının rəisi vəzifəsində çalışıb.

Bu da sual doğurur – 1995-ci ilədək şəhər sovet deputatı mandatı daşıyan şəxs necə gömrük rəisi ola bilirmiş? Hər halda bu qeyri-müəyyənliyə icra başçısı özü aydınlıq gətirə bilər.

Yayılan son xəbərlərə görə, 2011-ci ildən Gəncəyə rəhbərlik edən E.Vəliyevin başqa vəzifəyə gedəcək. İddialara görə, icra başçısının nazirliklərdən birində müavin postuna gətiriləcəyi gözlənilir.

24saat.org

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Sünnilər “Məhəmməd”ə etiraz edir – VİDEO

%d bloqqer bunu bəyənir: