Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

”Elmar Məmmədyarov Moskvanın təkliflərinin təhlükəliliyinə işarə vurub”

İlqar Vəlizadə: ”Cənab nazir açıq danışa bilməzdi”

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: “Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

APA-nın məlumatına görə, nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın ATƏT -dəki nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıq gətirib: “1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur. Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995 atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz. Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, aysberqin görünməyən tərəfi 5 rayonun qaytarılması, Rusiyanın sülhməramlılarının bölgəyə yerləşdirilməsi, sərhədlərin açılması və digər məsələlər nəzərdə tutulur: “Bunların bəziləri məlumdur, qalanlarını ehtimal edə bilərik. Əslində, nazir Məmmədyarov “hər kəs aysberqin üst” deyəndə, Moskvanın təkliflərinin təhlükəliliyinə də işarə vurub. Cənab nazir açıq danışa bilməzdi, sülhməramlıların bölgəyə yerləşdirilməsi çox müəmmalı və müəyyən məqamları özündə ehtiva edən məsələdir. Bunlar Rusiyanı qane etsə də, Azərbaycanı qane etmirdi. Ona görə də Kazan danışqları baş tutmadı, hətta Lavrov da Azərbaycan təklifləri bəyənmədiyini bildirdi. Və Ermənistan Kazan təkliflərini qəbul etmişdi. Çünki Kazan təkliflərində Rusiya sülhməramlılarından əlavə tərəflərin gücdən istifadə etməyəcəyi barədə də bəndlər vardı”.

Meydan.tv

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Basqı rejimləri hansısa problemi həll edə bilərmi?

%d bloqqer bunu bəyənir: