Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elman Rüstəmovdan banklarla bağlı yeni qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nı ləğv edib və bunun əvəzində yeni qaydalar təsdiqlənib.

AMB sədri Elman Rüstəmovun imzaladığı qərarla “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları” təsdiq edilib.
Hüquq Departamentinin rəhbəri Rəna Məlikovaya tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti “Milli ödəniş sisteminin modernizasiyası Layihəsi”nin icrasının başa çatdırılması ilə əlaqədar olaraq Azərbaycan ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan “Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi” və “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi”nin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycanla Rusiya birgə layihələrə başlayır

%d bloqqer bunu bəyənir: