Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
hebs.jpg

“Elman Rüstəmov istefa verməlidir…” – Ekspert

İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun “Bank Standard” QSC ilə bağlı dəyişik qərarları ilə bağlı açıqlama yayıb.

Ekspert bildirib ki, MB sədri nə deyirsə, əksinə olur:

“26 sentyabr, 2016-cı il. MB rəhbəri Elman Rüstəmov: “Bank Standard” QSC-nin sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib, hazırda bu proses davam etdirilir. Təbii ki, əgər bu prosesə başlanılıbsa, bu o deməkdir ki, həmin proseslər gedir. Dövlət tərəfindən müəyyən addımlar atılıb. Bankda kəskin vəziyyət aradan qaldırılıb. Bütövlükdə indi bankın vəziyyətinin tam strateji sabitləşdirilməsinin planı işlənilir.

30 sentyabr, 2016-cı il. Rəsmi məlumat: Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir”.

Ekspert sual edir ki, Elman Rüstəmov 4 gündən sonra nə baş verəcəyini bilmirsə, o kresloda niyə oturub?:”Mərkəzi Bank kimi vacib, nüfuzlu bir qurumun rəhbərinin hər kəlməsi “1 ton qızıl” qiymətində olmalı, bazarlara sözlü müdaxilələri “zəlzələ” effekti yaratmalı, güvən mənbəyinə çevrilməlidir. Elman müəllim isə nə deyirsə, tərsinə olur, bank bağlanmadan cəmi 4 gün öncə adam bəyan edir ki, “Bankda kəskin vəziyyət aradan qaldırılıb” və sonra bank bağlanır. Heç kimə belə gülünc vəziyyətə düşməyi arzulamaram, vəzifəsinə hörmət edən şəxs belə durumdan sonra, istefa verməlidir…”

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən 30 sentyabr 2016-cı il tarixində “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.(Qaynarinfo.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hitlerlə bağlı yeni faktlar ORTAYA ÇIXDI: Səddam Hüseyn, şokoladlı bomba…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: