Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Elman Mehdiyev kimin və nəyin qurbanı oldu?

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin işdən çıxarıldığı və yerinə müavini Zakir Babayevin təyin edildiyi haqda yaydığımız məlumat təsdiqini tapdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir ki, nazir Səlim Müslümovun əmri ilə Zakir Hadı oğlu Babayev DSMF-ə direktor təyin edilib.

Xatırladaq ki, əvvəllər müstəqil orqan olan DSMF 2016-cı ilin martında ölkə başçısının fərmanı ilə ƏƏSMN strukturuna daxil edilib.

S.Müslümov DSMF-in yeni direktoruna müavinlər də təyin edib. Bunlar Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırovdur. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə nazirliyin aparat rəhbərinin müavini vəzifəsində çalışıblar.

Zakir Babayev

DSMF-in yeni direktoru Z.Babayev 1951-ci ildə anadan olub, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakultəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Əvvəllər Nazirlər Kabinetinin aparatında işləyib, 1993-cü ilin yanvarında isə DSMF-in sədr müavini vəzifəsinə təyin edilib.

***

Dövlət Sosial Müafiə Fondunun sədri Elman Mehdiyev işdən çıxarılıb. Xəbəri verən mənbənin sözlərinə görə, E.Mehdiyev özü işdən azad olunmasıyla bağlı ərizə verib.

Ancaq başqa mənbə onun işdə yol verdiyi nöqsanlara görə vəzifəsini itirdiyini deyir. Onu müvəqqəti olaraq müavini Zakir Babayev əvəz edir. Əslən naxçıvanlı olan Z.Babayevin bu vəzifəyə təyinat almaqda şanslarının daha böyük olduğu yayılan xəbərlər sırasındadır.

Xəbəri rəsmi qurumlardan dəqiqləşdirməyə çalışırıq.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda prezidentin köməkçisinin ailəsinə 25 milyon pul lazımdır

%d bloqqer bunu bəyənir: