Loading...
Loading...

Eldar Zeynalov: “Azərbaycana yeni həbslər və siyasi məhbuslar heç bir halda lazım deyil”

24saat.org hüquq müdafiəçisi Eldar Zeynalovla müsahibəni təqdim edir.

Eldar müəllim, ölkədə insan haqlarının durumunu necə qiymətləndirirsiniz, irəliləyişlər müşahidə edirsinizmi?

– Əlbəttə, bir yaxınlaşma əlaməti var. İlk növbdə mən Bakı ilə Avropa İttifaqı və ATƏT arasında münasibətləri nəzərdə tuturam. Bu münasibətlərdə istiləşmə ilə bağlıdır. Bu il vəziyyət pisləşdi. Baxmayaraq ki, ölkədə seçki prosesi yox idi. İkincisi, iqtisadi böhran hələ ləğv edilməyib. Baxın, konsaltinq şirkəti “Mercer” Bakını ötən il dünyanın ən bahalı şəhərləri reytinqində 33-cü eləmişdi. Bakı MDB məkanında ən bahalı şəhər idi. Bu il Bakı həmin reytinq cədvəlində dərhal 172-ci yerə düşdü və dünyanın ən yaxşı şəhərlərindən biri oldu. Səbəb aydındır. Hesablamaları manat etdi. Manat isə son ildə iki dəfə devalvasiya edib. Bunu dollar dilinə dəyişəndə əslində tablo da dəyişir. Xarici turist üçün 1 dollar su şüşəsi deməkdir. Amma bizim minimum əmək haqqı gündəlik 3-4 şüşə su almaq üçün yetərlidir. Digər tərəfdən, ərzaq, avadanlıq, nəqliyyat, dərman və digər məhsulların manatla qiyməti devalvasiyadan sonra artdı. Bu zaman əhalinin sosial cəhətdən zəif təbəqələri problem həll etməyin yollarını axtardı. Nəticəsə Ağsu, Siyəzən, Lənkəran,Füzuli və Ağcabədi də ixtişaşlar baş verdi. Əgər hakimiyyət bəzi ərzaq məhsullarının qiymətini sabitləşdirmək üçün tədbirlər həyata keçirməsəydi bu proses davamlı ola bilərdi.

Azərbaycan siyasi məhbus problemindən necə qurtula bilər?

– Təəssüflər olsun ki, biz hələ də həqiqətən bazar iqtisadiyyatını inşa etməkdə çətinlik çəkirik. İqtisadiyyatda güclü mövqeyə sahib olmaq iş və siyasi vəziyyət təmin edir. Şübhəsiz ki, mən bunu deyərkən bir dövlət vəzifəsi tutan şəxsin qohumlarının, dostlarının köməyi ilə iqtisadiyyatın hər hansı bir sektorunu nəzarətə götürməsini nəzərdə tutmuram. Gözümüzün qarşısında nümunələr də var. Məsələn, keçmiş nazir Eldar Mahmudov nümunəsi. Yəni vəzifə və güc itirsə, bütün digər imkanlarını itirəcəksən. Siyasi nüfuz, ölkə iqtisadiyyatında olan kapitalı və s. Üstəlik bu imkanlardan istifadə edərək həbslər daxil olmaqla rəqiblərini yatırmaq cəhdləri daha kiçik “balıq” tutmalar və daha çox siyasi məhbuslara gətirib çıxarır.

Hüquq müdafiəçilərinin fəaliyyəti üçün imkanlar varmı?

– Hüquq müdafiəçiliyi ilə hər zaman kimlərsə məşğul olub və bu zaman heç qrantlar da olmayib. Məsələn, 1980-cı illərin sonu və 1990-cı illərdə. Ancaq bunu xatırlayarkən hüquq müdafiəçilərinin 20-15 il əvvəllə müqayisədə azaldığını deyə bilmərəm. Heç kim ölkədə baş verən insan hüquqlarının vəziyyəti ilə bağlı fikirlərini ifadə etmək üçün bir şəxsə qadağa tətbiq edə bilməz. Üstəlik nəzərə alınmalıdır ki, indi ölkədə çoxlu sayda saytlar, qəzetlər və sosial şəbəkələr mövcuddur. Biz qəbul etdiyimiz məlumatlar əsasənda BMT-yə alternative hesabat yazırıq və bu zaman heç bir problemlə qarşılaşmırıq.Ümumiyyətlə internet insan hüquqları işində vəziyyəti çox dəyişib. Bir internet bağlantısı və hətta mobil telefon vasitəsilə müxtəlif məlumatları toplamaq və yaymaq imkanları mövcuddur. Bu vasitə ilə istənilən əməkdaşla danışa bilərsiniz. Bunun üçün daha ofis və ya katibə lazım olmur.

Konkret olaraq sizlər xarici donorlardan layihə əldə edə bilirsinuizmi?

– İndi donorlarla işləmək qeyri mümkündür. Çünki donorlar qrant verməzdən öncə Azərbaycanda qeydiyyatdan keçməlidir. Bildiyim qədər Nazirlər Kabineti bu məsələ ilə bağlı, daha doğrusu bu problem yoluna qoymaq üçün addım atmayıb. Digər tərəfdən, hər bir qrant layihəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bu hissədə də çətinliklər var. Məsələn, irəli sürülən və müsabiqədən keçən qrant layihələrinin çoxu 2014-cü ildə qeydiyyatdan keçməyib və bu səbəbdən də onlardan istifadə etmək mümkün olmayıb. Bizim təşkilat ötən il Avropa Birliyinin elan etdiyi qrant müsabiqəsində keçdi, lakin biz bu qrantı almamışıq. Qrantlarla bağlı problemin nə zaman həll ediləcəyini mən deyə bilmərəm. Bunun üçün böyük ehtimalla qanunvericilikdə dəyişikliklər etmək lazımdır.

Amnistiya Aktı verildi, minlərlə insanın azadlığa buraxılmasına imkan yarandı. Amnistiya Aktı hansısa siyasi məhbuslara şamil olundumu?

– Bildiyim qədər bizim siyahıda olan siyasi məhbuslardan Amnistiya Aktına düşən olmayıb. Amnistiya Aktı elə sənəddir ki, ilk növbədə amnistiyanın şərtləri, bura düşən maddələr məsələsi var. Yəni öncədən bilinir ki, Amnistiya Aktına hansı maddələr salınıb və bu maddələrlə həbsdə olan şəxslər azadlığa çıxa bilər. Hakimiyyət maraqlıdır ki, siyasi məhbusları fərdi qaydada sərbəst buraxsın və burada məhbusun bağışlanması məsələsi də özünü göstərsin. Bu baxımdan siyasi məhbuslar daha çox əfv nəticəsində azadlığa çıxır. Amnistiya Aktı isə imkan verir ki, məhbus “tövbə” etmədən azadlığa çıxsın.

İndi hüquq müdafiəçiləri arasında da münasibətlər normal deyil. Gənc hüquq müdafiəçiləri özlərindən əvvəlkiləri hakimiyyətə satılan, hökumətin mövqeyini müdafiə edən hüquq müdafiəçisi kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

– Əlbəttə, gənc hüquq müdafiəçiləri ilə veteran hüquq müdafiəçiləri arasında qarşıdurma cəhdləri var və bundan maraqlı olan tərəflər də mövcuddur. Məsələn, bəzi dövlət məmurları daxili münaqişələrin hakimiyyətlə dialoq vasitəsilə həllinin mümkünlüyünü ifadə edirlər. İndi hüquq müdafiəçilərinin arasında da müxtəlif fikir ayrılıqları mövcuddur. Şəxsən mən hesabe dirəm ki, gənc hüquq müdafiəçiləri özlərindən əvvəlkiləri rəqib gözündə göməməli və əl-ələ verərək işləməlidir.

Yaxın gələcək üçün həbslər gözləyirsinizmi?

– Mən həbsdə olan şəxslərin bağışlanması və ya azadlığa buraxılmasına daha çox gözləyirəm, nəinki həbsləri. Yeni həbslər heç bir halda lazım deyil.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Hava proqramını o apardı – Video

%d bloqqer bunu bəyənir: