Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Sabiroğlu müxalifətə keçir?

“Yeni düşərgəyə doğru yürüməyə hazırlaşmıram” 

Bu gün bir sıra elektron media orqanlarında əvvəllər iqtidarda təmsil olunmuş şəxslərin birləşib yeni müxalifət ordusu yaratmasıyla bağlı fikirlər səsləndirilməkdədir. Səsləndirilən fikirlərdə konkret olaraq müəyyən şəxslərin adları da sadalanmaqdadır. Adları çəkilən şəxslər arasında sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun da adı hallanır.
Maraqlıdır, E.Sabiroğlu nə zaman müxalifət düşərgəsinə keçdi? Çünki, indiyə qədər Sabiroğlunun müxalifət düşərgəsinə keçdiyi haqqında heç bir rəsmi məlumat əldə etməmişik. Düzdür, az əvvəl sabiq millət vəkilin oğlu Rüfət Səfərov çalışdığı prokurorluq orqanlarından qalmaqallı şəkildə istefa verib, müxalifət düşərgəsinə keçmişdi. Və bu da hər kəsə məlumdur. Ancaq Eldar Sabiroğlu bu günə qədər də saytımıza açıqlamalarında oğlunun bu addımı ilə barışmadığını və mövcud iqtidara qarşı olmadığını vurğulayıb.
O üzdən sabiq deputatla əlaqə saxlayıb yeni müxalifət düşərgəsinin siyahısında adının olmasına münasibət bildirməyini xahiş etdik.
Həmin xəbərlərlə tanış olmadığını bildirən Eldar Sabiroğlunun Moderator.az-a cavabı belə oldu:
“Yazıyla tanış deyiləm, ona görə də oxumadığım bir şey haqqında hər hansı konkret mövqe bildirməyi düzgün hesab etmirəm. Əgər siz deyən kimidirsə, qeyd edirəm ki, siyasi baxışlarımda heç bir dəyişiklik yoxdur. Nə də belə bir niyyət daşıyıcısı olmadığımdan, yeni düşərgəyə doğru yürüməyə hazırlaşmıram”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Prezident sərəncam verdi

%d bloqqer bunu bəyənir: