Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudovun Nardarandakı radikal dindarlarla İlginc əlaqəsi…

Hər iki tərəfi məmnun edən əməkdaşlığın mübhəm gizlinləri…

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla Nardarandakı radikal dindarlar arasındakı əməkdaşlıqla bağlıModerator.az-a maraqlı informasiya daxil olub.
Bilgili mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbəri ilə Nardarandakı radikal dindarlar arasında uzun illərə və qarşılıqlı anlaşmaya söykənən ciddi əməkdaşlıq mövcud olub. Nardarandakı radikal dindarlara məyyən çərçivələrdə azadlıq qazandıran, onları həbs təhlükəsindən sığortalayan bu əməkdaşlıq E.Mahmudov və onun dəstəsi üçün də az qazanclı olmayıb.
Belə ki, məhz radikal dindarların vasitəsi ilə Nardaranı hər zaman “qaynar qazan” vəziyyətində saxlayan, bütövlükdə Nardaran kəndinin “ramedilməz” obrazını yaradan E.Mahmudov, ali siyasi hakimiyyətin qarşısında “Nardaran seli”nin aşıb-daşmasının qarşısını ala bilən yeganə şəxs kimi çıxış edib. Bundan başqa, məhz Nardarandakı radikal dindarlar vasitəsi ilə ölkədə radikal dini kəsimin dağıdıcı gücə sahib olduğu fikrini formalaşdıran sabiq nazir, özünün hakimiyyət üçün əhəmiyyətini əslində olduğundan bir neçə dəfə şişirdilmiş formada təqdim etməyə cəhd edib. .
Məlumatlı mənbənin sözlərinə görə, E.Mahmudov radikal dindarlardan həm də müxtəlif həssas zamanlarda etiraz aksiyaları keçirmək, siyasi hakimiyyətə bu yolla təsir və təzyiq göstərmək məqsədi ilə də istifadə edib.
Özünün və rəhbəri olduğu nazirliyin imkanlarından sui-istifadə edərək Nardarandakı radikal dindarları hökumət və hüquq-mühafizə orqanları əleyhinə kökləyən sabiq nazir, sözügedən dindarlardan sosial baza kimi istifadə edərək bir çox məqsədinə nail olub.
Ardı var
 
Anons: 
 
1.”Kənar şəxslər” üçün nəinki yaşanması, hətta asudə dolaşılması üçün mümkünsüz olan Nardaranda E.Mahmudova tikilən villanın sirri nədən ibarətdir?
 
2.MTN doğrudanmı Nardarandakı radikal dindarları neytrallaşdırmaq, onların müqavimətini qırmaq iqtidarında olmayıb?
 
3.E.Mahmudov nardaranlılarla əməkdaşlıq hesabına daha hansı güc mənbələrinin dəstəyinə nail olmağa çalışıb?
 
4.Radikal dindarların dənizdəki ağalığının və malik olduqları silah-sursatın sirri…

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Mirşahin Ağayevin vəziyyəti pisləşib – Açıqlama

%d bloqqer bunu bəyənir: