Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudovun mülkləri üstündə mübarizə qızışır…

Ən gərgin mübarizə Badamdardadır…

Sabiq MTN rəhbəri Eldar Mahmudovun mülkləri üstündə ali məmur kontingentinin mübarizəsi hər ötən gün bir az da qızışmaqdadır. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, ən gərgin mübarizə sabiq nazirin Badamdar qəsəbəsindəki villaları və hektarlarla ölçülə torpaq sahələri üstündədir:
“Sabiq MTN şefi Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və onun komandasının pərən-pərən salınmasından sonra, keçmiş nazir və komandaya məxsus olan bütün əmlakın dövlət maraqları baxımından müsadirə ediləcəyi gözlənilsə də, bu ehtimal özünü tam olaraq doğrultmadı. Komandanın bir çox üzvləri həbs edilsə də, onların bir neçəsi öz azadlığını təmin edə bildi. Lakin başda E.Mahmudov olmaqla həbsdən qurtulan digər komanda üzvləri dəyəri yüz milyonlarla hesablanan əmlakları üzərində sahiblik hüquqlarını qeyri-rəsmi şəkildə itirdilər. Xüsusilə də, MTN generallarına aid olsa da, sənədləşməsi başa çatmayan evlər, torpaq sahələri, restoran və otellərin MTN-nin suqutundan sonra ali məmur dairəsi tərəfindən yenidən bölüşdürülməsi prosesi başladı.
Bu gün sabiq MTN rəhbəri E.Mahmudovun mülklərinə sahiblənmək uğrunda nazir və nazir müavinləri, generallar, hökumət təmsilçiləri arasında mübarizə getdikcə şiddətlənməkdədir. Vaxtiylə E.Mahmudovun kölgəsindən belə qorxan məmurlar icra hakimiyyətləri və bələdiyyələrə təzyiq göstərərək E.Mahmudova məxsus mülk və torpaq sahələrini ələ keçirir, onları öz yaxın qohumlarının adına sənədləşdirməklə dövlətin nəzərindən yayındırırlar.
Hazırda E.Mahmudova məxsus mülklər arasında Badamdardakı obyekt və torpaq sahələri xüsusilə ciddi mübarizə predmetinə çevrilib. Torpaq və obyektlərin bahalığı ilə fərqlənən, perestijli məkanlardan biri sayılan Badamdarda yalnız E.Mahmudova deyil, onun qohumlarına məxsus xeyli miqdarda torpaq sahəsi və villa var ki, onlar “savaş qəniməti” olaraq məmurlar arasında bölüşdürülməkdədir. Hansı ki, ciddi toqquşma və narazılığa səbəb olan, yeni-yeni intriqaların başlanğıcını qoyan bu bölgünün yaxın gələcəkdə açıq toqquşmlara səbəb olması ehtimalı kifayət qədər böyükdür”.
Mənbənin məlumatına görə, Badamdarda nazirin əmisi oğlu və digər qohumlarına məxsus xeyli sayda villa var ki, onların heç biri dövlət tərəfindən müsadirə edilməyib və MTN olayından sonra sakinsiz qalan bu villalar acgöz məmurların timsalında öz yeni sahiblərini gözləyir.

24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Vəhşi heyvanla “dil tapmaq” olar, amma “iribuynuzlu” məmurla heç vaxt”

%d bloqqer bunu bəyənir: