Now Reading:
“Eldar Mahmudovun MTN-də baş verən bütün cinayətlərdən xəbəri olub”
Full Article 40 second read

“Eldar Mahmudovun MTN-də baş verən bütün cinayətlərdən xəbəri olub”



 

Əyyub Kərimov: “Onun bundan xəbərsiz qalması sadəcə mümkünsüzdür”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovun məsuliyyətə cəlb edilməsinin zəruriliyinə diqqət çəkib. Ə.Kərimovun sözlərinə görə, sabiq nazir tabeçiliyindəki şəxslərin özbaşınalıqlarından xəbərdar olsa da, bu özbaşınalıqlarınq arşısını almaq üçün heç bir addım atmayıb:

“E.Mahmudovun MTN-də baş verən bütün cinayətlərdən xəbəri olub. O, bu özbaşınalıqları, qanunsuzluqları bilsə də, bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Təkcə bu amil onun məsuliyyətə cəlb edilməsi üçün yetərlidir.

Bu gün E.Mahmudov özünü MTN-də baş verən cinayətlərdən xəbərsiz kimi göstərməyə çalışsa da, bu, belə deyil. Onun rəhbəri olduğu nazirlikdə baş verənlərdən xəbərsiz qalması sadəcə olaraq mümkünsüzdür.

Bir sözlə, E.Mahmudovun həbsini mütləq və zəruri hesab edirəm”.

Seymur Əliyev

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: