Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudovun daha bir qurbanının dünyasını dəyişməsi xəbəri yayıldı

“Karvansaray”ın sahibi haqq dünyasına haqqını ala bilmədən köçüb…?

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudov və dəstəsinin daha bir qurbanı – “Karvansaray” Ticarət Mərkəzinin rəhbəri Nizami Quliyevin həyatla vidalaşmasıyla bağlı məlumat əldə etmişik.
Bu barədə Moderator.az– ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, E.Mahmudovun imperatorluğu dönəmində MTN tərəfindən ticarət mərkəzinə əl qoyulan və iflas etdirilən N.Quliyev haqq dünyasına öz haqqını ala bilmədən köçüb.
Belə ki, N.Quliyev son günə qədər nə ticarət mərkəzinin ona qaytarılmasına, nə də  bu müddət ərzində ona dəyən maddi-mənəvi zərərin kompensasiya edilməsinə nail ola bilməyib.
Məlumat üçün qeyd edək ki, yarandığı ilk gündən etibarən ticarət mərkəzi kimi böyük potensiala malik olan “Karvansaray” qısa müddət sonra MTN-nin “diqqət mərkəzi”nə düşüb və E.Mahmudovun komandası N.Quliyevə göstərilən təzyiqlər sonucunda obyektə əl qoyub…

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Lənkəranda ata-oğul döyüldü, biri öldü

%d bloqqer bunu bəyənir: