Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eldar-m.jpg

Eldar Mahmudovun dəstəsi xaricdə MTN-nin “filialını” açıb

Ukraynadakı adam oğurluğunda sabiq MTN-çilərin adı hallanır

Son aylar Ukraynada azərbaycanlıların oğurlanması hallarının kəskin surətdə artması Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Məhz bu narahatlığın nümunəsidir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ukrayna Baş Prokurorluğuna müraciət edərək bu məsələni xüsusi nəzarətə götürməyi xahiş edib.

Bu günlərdə məlum məsələ ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, son aylar Ukraynada azərbaycanlıların oğurlanması faktının artması sabiq MTN-çilərin bu ölkəyə axını ilə bağlıdır.

Mənbənin sözlərinə görə, ötən il MTN-də həyata keçirilən ilk həbslərin ardınca Ukraynaya xeyli miqdarda sabiq nazirlik əməkdaşı köç edib ki, bu şəxslər Ukraynada eyniylə Azərbaycanda olduğu kimi bir sistem formalaşdırıblar. Belə ki, bu ölkədə Azərbaycandan apardıqları pullar hesabına böyük biznes şəbəkəsi formalaşdıran, Ukraynanın hüquq-mühafizə orqanlarındakı cinayətkar qruplarla təmas quran bu şəxslər Bakıdakı əlaqələri vasitəsi ilə Ukraynada təhsil alan və ya işləyən azərbaycanlılarla bağlı müfəssəl məlumat əldə edir, münsasib hesab etdikləri şəxsləri oğurlamaqla bundan külli miqdarda vəsait əldə edirlər.

Mənbə hesab edir ki, Ukraynada faktiki olaraq MTN-nin filialını formalaşdıran sabiq MTN-çilər eyniylə Azərbaycanda olduğu kimi insnaları şantaj etmək, hüquq-mühafizə orqanlarının əli ilə sıxışdırmaq, oğurlamaq və lazım gələndə öldürməklə məşğuldur.

Bilgili qaynağın qənaətincə, Uraynadakı soydaşlarımızı ordakı MTN-nin zülmündən qurtarmaq üçün Azərbaycan tərəfinin qətti addımlar atmasına, Ukraynanın hüquq-mühafizə orqanları ilə daha yaxından əməkdaşlığına ehtiyac var.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Baş Prokurorluqdan ayrılır – KAMRAN ƏLİYEVƏ ƏLVİDA!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: