Loading...
Loading...
mah-man

Eldar Mahmudovun 4 milyona bitirmək istədiyi general kimdir?

“EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun sağ əli hesab edilən, “Akula Akif” kimi tanınan Akif Mustafayev və onun yaxın adamı Aydəm İsmayılov tərəfdən əmlakının ələ keçirilməsi barədə mediaya açıqlamasında bir maraqlı məqama da diqqət çəkib.

Nəsimi Sadıqov bildirib ki, “Akula Akif”Aydəm İsmayılovla görüşdə onlar arasında gedən belə bir dialoqun şahidi olub:

Aydəm İsmayılov: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?

”Akula Akif”: Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.

Aydəm İsmayılov: Biz belə danışmamışdıq axı…

“Akula Akif’‘: Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyub sizin də paylarınız qaytarılacaq…

Aydəm İsmayılov: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?

”Akula Akif”: Generalın arxasında ”Ağbaş” durur, ona hələ gücümüz çatmır, amma onun da axırına az qalıb. Gedin təcili general barəsində mətbuatda, xüsusilə ”Musavat’”Azadlıq” qəzetində onu gözdən salmaq üçün xoşagəlməz məqalələr yazdırın.

Nəsimi Sadıqovun sözlərinə görə, həqiqətən həmin söhbətdən sonra ”Musavat” qəzetində generalı gözdən salmaq üçün doğru olmayan və iftira məqalələr yazıldı: ‘‘Həmin general Azərbaycan dövləti və prezidenti üçün çalışmış və çalışır. General sona qədər də general olaraq qalır və general kimi də ölür. Şakal isə şakal kimi…”

Criminal.az saytı məlumat yayıb ki, ”Akula Akif”lə Aydəm İsmayıov arasında ”bitirilməsi” planlaşdırılan general dogurdan da bir neçə il əvvəl işdən çıxalıb. Hazırda dövlət qurumlarından birində yüksək post tutur.

Bəs həmin general kimdir?

24saat.org-un araşdırmalarına görə, Eldar Mahmudovun bitirmək istədiyi həmin general uzun illər MTN-də nazir müavini vəzifəsində çalışmış general Əli Nağıyevdir.

Əli Nağıyev hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rəis müavini postunu tutur. O, 2011-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Nəsimi Sadıqovun “Akula Akif”Aydəm İsmayılovla görüşü də təxminən həmin ərəfəyə təsadüf edir. Digər tərəfdən Əli Nağıyev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs sayılır. “Akula Akif” də Aydəm İsmayılova bitirlməsi planlaşdırılan generalın Bəylər Əyyubov tərəfindən himayə olunduğunu deyib.

Əli Nağıyev təhlükəsizlik orqanlarında kifayət qədər peşəkar kadr sayılır. Bu baxımdan onun nazir müavini postundan azad edilməsi təəccüblə qarşılanmışdı. İndi aydın olur ki, bunun arxasında Eldar Mahmudov dayanıb və kiminsə sifarişi əsasında Əli Nağıyevi hətta həbs etdirmək üçün ciddi səylər göstərib.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Mahmudovun hesabına 22 milyon qazanan iş adamı həbs yolunda

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: