Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudovu tutmaq üçün sövdələşmə lazımdır?

Hökuəmt anti-milli idarəçiliyə son qoymasa Milli Fəaliyyət Planı effekt verə bilməz

Dəfələrlə yazmışıq ki, ölkədəki problemlərin həlli siyasi iradədən asılıdır. Əgər hökumətin məqsədi həqiqətən də neqativləri aradan qaldırmaq, şəffaflığ təmin etmək olsaydı bu illər ərzində bütün istəklərə çatmaq olardı.

Amma birmənalı şəkildə təsdiq olunub ki, sərəncamlar, fərmanlar, proqramlar, tapşırıqlar görüntü xarakteri daşıyır və “hökumət işləyir” qənaəti formalaşdırmağa xidmət edir. Bugünə qədər ölkə başçısı müşavirələrdə saysız-hesabsız tapşırıqlar verib, günahkarları hədələyib, amma nəticə əvvəlkindən də acınacaqlı olub. Yenə də korrupsiya, monopoliya, sifarişli məhkəmə qərarları, süründürməçilik, cəzasızlıq qüvvədə qalıb.

Indi idə “Milli Fəaliyyət Planı” gündəmə gəlib. Ötən yazılarımızda bu mövzuya toxunmuşuq. Sadəcə olaraq fəaliyyət planında əksini tapmış bir məqama diqqət çəkmək istəyirik. Belə ki, 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında “istintaq sövdələşməsi” institutunun tətbiqi məsələsi əksini tapıb. Yəni, institutun tətbiqindən sonra şəxs istintaqla hər hansı razılığa gələrsə, törədilən cinayətdə digər şəxslərin iştirakı barədə məlumat verərsə, məhkəmələr cəza təyin edərkən, belə şəxslərin xidmətlərini nəzərə alacaq. Guya, bu yolla problemlərin həllinə nail olunacaq.

Əvvəla, vəzifəsindən sui-istifadə edib dövlət əmlakını talayanların, insanlara zülm edənlərin cinayətini sübuta yetirmək çətin olmur. MTN işində də göründü ki, bu adamların birinin quyruğunu tapdayan kimi hamını satmağa hazırdılar. Yəni, istintaq sövdələşməsi olmadan da belə cinayətlərin kökünü tapmaq olur.

Ikincisi, bugünə qədər ortaya yüzlərlə fakt çıxıb, görüntülər ictimailəşib, vəzifəli şəxslərin korrupsiya cinayətləri sübuta yetirilib və bu adamlara qarşı heç bir məsuliyyət nəzərdə tutulmayıb. Yəni, cinayətlərin üstünü açmaq, kökünü kəsmək üçün kifayət qədər ipucu var. Əgər məqsəd problemlərin həlidirsə, bu məlum adamalrı cəzalandırmaq lazımdır.

SOCAR-ın vitse prezidentinin 200-dən artıq evi var və dövlətin puluyla özünə villalar tikdirirmiş, Tağı Əhmədov 3 milyon rüşvət verdiyini etiraf edir, Eldar Məahmudovun cinayət siyahısı hələ tamamlanmayıb, o biri nazirlərin, icra başçılarının, komitə sədrlərinin saysız-hesabsız obyektləri üzə çıxıb. Bu adamaları sorğuya çəkmək, cinayətlərini araşdırmaq, cinayəti sübut olunmuşları cəzalandırmaq üçün Milli Fəaliyyət Planına ehtiyac yoxdur.

Demək istəyirik ki, ölkədəki qanunsuzluqlar göz deşirsə, korrupsiya fırtınası əsdirənlər ən yüksək postlarda təmsil olunursa, “istintaq sövdələşməsi” nəticəni dəyişə bilməz. Belə institutlar ancaq yüzüncü dərəcəli cinayətləri aşkar edə bilər ki, bu da ölkəni məngənəyə salmış problemləri həll etmir.

Bir daha təkrar edirik ki, ölkəni böhrandan çıxarmaq, günahkarları cəzalandırmaq üçün siyasi iradə, əsl istək, hesabatlı hökumət olmalıdır. Vallah, Eldar Mahmudovu tutmaq üçün sövdələşməyə ehtiyac yoxdur.

Bir sözlə, hökumət anti-milli idarəçiliklə sövdələşməni pozmasa, hamı qanun qarşısında eyni məsuliyyət daşımasa, nəticə daha da pis olacaq. Əvvəlcə milli hökumət olmalıdır ki, Milli Fəaliyyət Planı effekt versin.(azadliq.info)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

AzərTAC Ərdoğanın çıxışını özbaşına ixtisar edə bilərmi?

%d bloqqer bunu bəyənir: