Loading...
Loading...
ayd

Eldar Mahmudova kükrəmiş Aydın Bəşirov hardadır? – Özəl

Ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov uzun müddətdir ki, media kluarlarında görünmür.

24saat.org-un əldə etdiyi məlumata görə, keçmiş rəis öz hücrəsinə çəkilib. Onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Amma bu məsələ gizli saxlanır.

Bəşirovun biznesinin da böyük payını itirdiyi vurğulanır. Mötəbər mənbə saytımıza bildirib ki, keçmiş baş kapitan indi gününü nəvələri ilə keçirir. O, həbsdən xilas olduğuna şükür edir. Çünki ayağında külli miqdarda mənimsəmə və MTN işində ciddi kompromatlar var idi.

Lakin hansısa güclər və iqtidarın yüksək eşelonundakı dairələr A.Bəşirovu dörd divarlıq hücrədən son anda qurtara bilib.

Hətta bir müddət qabaq MTN işi üzrə kükrəmiş sabiq rəis Eldar Mahmudova olmazın sözlər yağdırmışdı. Ancaq çox çəkmədi ki, səsi kəsildi. Əldə etdiyimiz bilgilərə görə, onun susmasının gerçək səbəbləri də həbs təhlükəsinin sovuşması olub.

A.Bəşirov bunları demişdi: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.
24saat.org-un əldə etdiyi məlumata görə, A.Bəşirovun adı bir müddət əvvəl mətbuatın gündəmindən düşmək bilmirdi. Bir anda necə oldusa keçmiş məmurun dövlətdən mənimsədiyi vəsaitlərin, yığdığı əmlakın söz-söhbəti səngidi.
Halbuki, bu məsələ uzun müddət gündəmdə qalmaqalı idi, ta ki sabiq məmur cinayət məsuliyyətinə cəlb edilənə qədər. Mediada yayılan xəbərlərə görə, onun Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahib olması barədə iddialar səsləndirilməkdədir.
Deyilənə görə, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik etdiyi bu şirkət “Sail Traidind” adlanır.
Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olub.
İddia olunur ki, əslində Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib.
Belə ki, o Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib. Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür.
Yayılan məlumatlarda bildirilir ki, Aydın Bəşirovun yaxtalarının qiyməti 500 min manatdan başlayırdı. Redaksiyamıza ünvanlanan son xəbərə görə, bu varidatların böyük hissəsi Bəşirovlar ailəsinin əlindən çıxıb.
Maraqlıdır ki, Aydın Bəşirovun həbs olunan MTN generalı Akif Çovdarovla işbirliyi və dövlət büdcəsinə vurduğu ziyan barədə detallı bilgilər var. Amma keçmiş rəisin adı istintaqda keçmir və bunu da himayədarları həll edib. Bu barədə araşdırmalarımız davam edir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xəzər TV-yə ciddi ittihamlar: “Hakim rolunda çıxış edib bizə 2 il iş oxuyublar”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: