Loading...
Loading...

Eldar Mahmudov mesajı

Bu, xalqın hökumətə münasibətidir

Dəfələrlə yazmışıq ki, hökumət komandasında böyük nüfuzu olan, xalqın sevgisini qazanmış şəxslər yoxdur. Bu isə təsadüfi deyil. 23 illik dövr ərzində hökumət komandası aşırı varlanmağın, harınlığın, ədalətsizliyin, saxtakarlığın nümunəsinə çevrildi. Təbii ki, bu proseslər açıq şəkildə baş verdi və ölkə vətəndaşları bütün eybəcərlikləri əyani şəkildə gördü. Hamı başa düşdü ki, bir qrup adam ölkəni işğal edib və şah qanuna çevrilib.

Konkret faktlara gəldikdə, Eldar Mahmudov faktorunu önə çəkmək olar. Deməli, bu adamın rəhbərlik etdiyi nazirliyin cinayət yuvasına çevrildiyi təsdiqlənir, generalları həbs olunur, özünə qarşı dəhşətli ittihamlar səsləndirilir, mənimsədiyi milyardlardan söhbət açılır və bu adam hələ də azadlıqdadır. Yəqin ki, dünyada ikinci belə hal baş verməyib. Əlbəttə, kiminsə həbs olunması, cəzalandırılması arzulanan hal deyil və biz də bundan zövq almırıq. Amma cinayətləri təsdiqlənmiş adamın barmağı hələ də dəmir barmaqlıqlara dəyməyib və bu cinayətin üstündən 7-8 ay vaxt ötüb.

Cəmiyyətdə də bu məsələylə bağlı söz-söhbətlər gedir. Hamı Eldar Mahmudovun niyə cəzalandırılmadığını, bu qədər cinayətlərin niyə cəzasız qaldığını müzakirə edir. Bu müzakirələr, sosial şəbəkələrdəki aqressiya onu göstərir ki, xalq hökumət komandasından yanıqlıdır. Əgər MTN-dəki hadisələr başqa qurumlarda baş versə, yenə də eyni reaksiyanı görəcəyik. Məmurların istənilən cinayəti törədə biləcəyinə vətəndaş inanır. Eldar Mahmudov uzun illər dövlətin təhlükəsizliyinə cavabdeh şəxs olub, amma vətəndaş onun təhlükəsizliyinə cavabdeh olan adama nifrət edir və ona etibar etmir.

Hökumət bu adamı həbs edə bilmir və ya həbs etmək istəmir. Cəmiyyətdə bu qənaət yaranır ki, hökumət üçün məmurun belə hərəkəti normadır və bütün ssenarilərin başında hökumət özü dayanır. Hətta söhbətlər gedir ki, Eldar Mahmudovun həbs olunmaması, əlində olan böyük kompramatlarla bağlıdır. Yəni vətəndaş əmindir ki, digər komanda üzvlərinin də “çp”ləri var.

Demək istəyirik ki, cəmiyyətdə Eldar Mahmudova olan münasibət, əslində hökumətin özünə qarşı münasibətdir. Hansısa icra başçısına, komitə sədrinə, təyinatlı deputata, Adminstrasiya yetkilisinə münasibət fərqli deyil.

Ona görə də Eldar Mahmudov amili bütün komanda üzvlərinə mesaj olmalıdır. Bu gün iyrənc işlərlə məşğul olan səlahiyyətlilər sığortalanmadıqlarının fərqdində olmalıdırlar. Hökumət onları qorumaq istəsə də, həbsdən kənarda saxlamağa çalışsa da, müqavimətlə üzləşəcək, onların bioqrafiyasındakı ləkələri təmizləmək mümkün olmayacaq.

Hökumətin başında duranlar və icraçılar çirkli ənənələri dayandırmalıdılar. Insanların şəxsi həyatına müdaxilə etməkdən, sahibkarları incitməkdən, işgəncədən, qeyri-insani adımlardan imtina etmək lazımdır.

Pis yola düşmüş hər kəsi Eldar Mahmudovun aqibəti gözləyir. Bu mesajdan düzgün dərs çıxarmaq lazımdır. Onsuz da cəmiyyətdəki nüfuzunuz sıfırın altındadır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

​Jurnalist Fikrət Fərəməzoğlunun nədə ittiham edildiyi məlum olub

%d bloqqer bunu bəyənir: