Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eldar_mahmudov

Eldar Mahmudov hakimiyyətə meydan oxuyur

“MTN işi” ilə bağlı ictimaiiyəti ən çox düşündürən sual keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə hələ də məsuliyyətə cəlb olunmamasıdır. Media bununla bağlı müxtəlif məlumat lar yayılıb , mülahizələr irəli sürülüb. Bu günlərdə isə məlum olub ki, Eldar Mahmudovun məsuliyyətə cəlb olunmaması bir yana keçmiş naziri istintaqa çağırmaq da mümkün deyil.

Gununsesi.info saytının yaydığı məlumatda iddia olunur ki, bir neçə gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Eldar Mahmudova telefon açaraq onu istintaqa dəvət edib. Keçmiş nazir isə müstəntiqinin çağırışına sərt reaksiya verib, hətta onu şağılamaqdan belə çəkinməyib. “Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.

Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.

Eldar Mahmudovun bu addımını hakimiyyətə meydan oxumaq kimi dəyərləndirmək olar. Bəs Eldar Mahmudovu belə güclü nədir? Əelyhinə çoxsaylı faktların olmasına rəğmən keçmiş nazirin istintaqı saya salmamaq cəsarəti haradan qaynaqlanır?

Hələ “MTN işi”nin ilk günlərində Eldar Mahmudovun həbs olunmayacağı barədə iddialar sürülürdü. Bu iddia keçmiş nazirin hakimiyyətin hətta ən nüfuzlu məmurları barədə kompromatlara malik olması ilə əsaslandırılırdı. Lakin ortada hər hansı fakt olmadığından deyilənlər ciddi qəbul olunmurdu. Bir müddət keçdikdən sonra isə dövriyyəyə belə bir məlumat buraxıldı ki, Eldar Mahmudovun əlində 2300 ədəd kompromat tipli videokaset var. Daha sonra mediada maliyyə naziri Samir Şərifovun üç tərəfli agent olması kompromaterial yayımlandı. Beləliklə, Eldar Mahmudovun doğrudan da hansısa ciddi materiallara malik olması barədə ehtimallar yenidən gündəmə gəldi. Eldar Mahmudovun istintaqa saymazlığı isə bu ehtimalları bir qədər də möhkəmləndirir.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bayram Məmmədov: Məni döyənlərdən biri polis rəisinin müavinidir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: