Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudov Hacıbala Abutalıbova niyə bata bilməyib?

Keçmiş MTN “şefi” Eldar Mahmudovun rəhbərliyi dövründə bu qurumda fəaliyyət göstərmiş cinayətkar “çete”nin ən müxtəlif vəzifəli şəxsləri, iş adamlarını və s. müxtəlif yollarla şantaj edərək, onlardan külli miqdarda pul qoparmasına dair indiyədək mətbuatda kifayət qədər sensasiyalı məlumatlar dərc ounub. Bu gün də həmin qəbildən çeşidli informasiyalar KİV-ə sızmaqdadır.

Amma Mahmudovun dəstəsinin hədə və şantajlarına boyun əyməyən, yaxud keçmiş MTN şefinin adamlarının hədəf seçməkdən çəkindikləri yüksək çinlilər də az olmayıb. Bu barədə “Qaynarinfo.Az”a daxil olan məlumatda deyilir ki, belə yüksək rütbəli məmurlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdur.

“Eldar Mahmudovun cinayətkar qruplaşması paytaxt merinə, ona yaxın olan vəzifəli şəxslərə və biznesmenlərə qarşı kifayət qədər ehtiyatlı davranıblar. Bunun konkret səbəbini demək çətindir. Amma mülahizələrdən ən ağlabatanı Hacıbala Abutalıbovun ölkənin ali rəhbərliyinə hədsiz yaxınlığı olmasıdır. O, hazırki postunda iqtidariçi qruplaşmaların heç birinə qoşulmamağa və birbaşa prezidentin iradəsinə tabe olmağa üstünlük verib. Görünür, Mahmudov və adamları da məhz bunları nəzərə alıb, BŞİH başçısına qarşı hər hansı yanlış addımlarının dərhal dövlət rəhbərinə çatdırılacağından çəkindikləri üçün paytaxt merinə qarşı daim məsafəli davranıblar” deyə mənbəmiz bildirib.

Onu da deyək ki, keçmiş MTN şefinin “çete”sinin Hacıbala Abutalıbovu şantaj etdiyini, ona bu yolla təzyiq göstərməyə çalışdığını və nəticədə müəyyən imtiyazlar qopardıqlarını düşünənlər də var. Belə ki, bir neçə il əvvəl paytaxt rəhbərinin oğlu İsrafil Abutalıbovun radikal dini qrupun (vəhhabilərin) təsiri altına düşdüyü barədə məlumatların dövriyyəyə məhz E.Mahmudovun dəstəsi tərəfindən buraxıldığı, bundan H.Abutalıbova qarşı şantaj məqsədilə istifadə olunduğu, nəticədə həm sabiq milli təhlükəsizlik nazirinə, həm də onun qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus şirkətlərin Bakının müxtəlif yerlərində dəbdəbəli binalar ucaltmaq şansı əldə etdiyi deyilir.

Bəs bu iddiaların hansı həqiqətdir? Doğrudanmı, Eldar Mahmudovun çetesi BŞİH başçısına bata bilməyib, yoxsa həqiqətənmi onu da öz “qurbanlarından” birinə çevirməyi bacarıblar? – bu sualların cavabı açıq qalır. Ya qeyri-müəyyən vaxtadək, ya da… həmişəlik!

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Referendumla bağlı MSK-nın QƏRARI

%d bloqqer bunu bəyənir: