Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudov hələ də milli təhlükəsizlik naziridir – FAKT

14 Dekabr 2015-ci il tarixində ölkə başçısı Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb

Bununla da MTN hüquqi baxımdan tarixə çevrilib.

24saat.org saytı bildirir ki, ölkə başçısının bu fərmanından sonra törətdiyi cinayətlərə görə cəzasını gözləyən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və yaxın çevrəsi dövlət və hakimiyyətdə əldə etdikləri bütün səlahiyyətlərini itirsələr də, onların qanunsuz anti-Azərbaycan qruplaşmasının tam “tərkisilah” olunması mümkün olmayıb. Bu baxımdan dünyanın ən etibarlı məlumat mənbəyi sayılan “wikipedia”da vəziyyət daha acınacaqlıdır. Qeyd edək ki, Eldar Mahmudov “vikipedia” səhifəsində hələ də milli təhlükəsizlik naziri kimi təqdim olunur.

Azərbaycanın operativ informasiya savaşında böyük boşluqlar buraxması ənənəvi hal alsa da, sabiq nazirin adının hələ də fəaliyyətdə olan nazir kimi göstərilməsi, mexaniki səhv və səhlənkarlıqdan daha çox, əzələ nümayişinə oxşayır.

Hesab etmək olar ki, 24saat.org saytının bu iradından “vikipedia”da redaktə imkanları olan şəxslər bu sahəyə daha çox diqqət ayıracaqlar.

24saat.org

mahmudov_viki

https://az.wikipedia.org/wiki/Eldar_Mahmudov

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Zaqatala Mərkəzi Xəstəxanasının “rüşvət dəftəri” mətbuata sızdı

%d bloqqer bunu bəyənir: