Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudov gözünə dəyən MTN-çiləri niyə işdən qovurdu? (ŞOK SƏBƏB)

Sabiq nazirin onlarla MTN əməkdaşını işdən qovmasının inanılmaz sirri…

Bu günlərdə sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı 24saat.org-a ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumatda sabiq nazirin çoxsaylı qəribəliklərindən biri haqqında bəhs edilib. Belə ki, mənbənin sözlərinə görə, E.Mahmudov nazir işlədiyi dönəmdə MTN-nin onlarla əməkdaşını işdən azad edib. Buna səbəb həmin şəxslərin sözün ilkin mənasında onun yoluna çıxması olub:
“E.Mahmudov nazir işlədiyi zaman MTN daxilində bir sıra əcaib qaydalar qoymuşdu ki, bunlardan da biri nazirlik və nazirliyə tabe müəssisələrdə olan zaman getdiyi yol və ətraf ərazinin boşaldılması, kimsənin onun yolunun üstünə çıxmaması olub. Belə ki, sabiq nazir ilk gündən bəyan edib ki, nazirliyə gəlib-gedən zaman, habelə nazirlik və ona məxsus obyektlərdə gəzən zaman onun yolunun üstünə çıxan, ərazidə görünən hər kəs vəzifəsindən asılı olmayaraq işdən azad ediləcək. E.Mahmudov iddia edirdi ki, o, əraziyə çıxan zaman hər yerdə qəbiristanlıq sükutu hökm sürməli, kimsə gözə dəyməməlidir”.
Mənbənin sözlərinə görə, E.Mahmudovun qoyduğu bu qaydanı istəmədən pozan onlarla şəxs MTN-dən xaric edilib:
“E.Mahmudovun elan etdiyi qayda hər kəsə bəlli olduğu üçün sabiq nazir idarəyə gəlib-gedən zaman hamı öz otağında çəkilib gözləyir, yalnız o, idarəni tərk edəndən sonra ortaya çıxırdı. Lakin hər kəsin bu qaydaya əməl etməyə ciddi-cəhdlə səy göstərməsinə baxmayaraq, istəməyərəkdən bu qaydanı pozanlar da olurdu. Çünki iş sistemi MTN əməkdaşlarından müxtəlif sənədlərin fərqli otaqlarda imzalanmasını, yaxud əməkdaşların hansısa məsələlərlə bağlı məlumatlandırılmasını tələb edirdi ki, bu da koridora çıxıb müxtəlif otaqlara və ya nazirliyin digər müəssisələrinə baş çəkməyi zəruri edirdi. Bu zaman E.Mahmudovla qarşılaşan şəxslər isə elə həmin gün nazirin göstərişi ilə işdən azad edilirdi”.
Mənbənin sözlərinə görə, E.Mahmudovun sırf yoluna çıxdığı üçün işdən azad etdiyi şəxslər arasında MTN-nin bəzi qadın əməkdaşları da olub.
24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ziya Məmmədovun oğlunun radiosu əlindən alındı

%d bloqqer bunu bəyənir: