Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudov çetesinin ilk məhkəməsində şok qərar – Fotolar

Sentyabrın 7-də Nərimanov rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə MTN-dəki ifşa edilmiş şəbəkəyə qarşı mülki iddia üzrə məhkəmə yekunlaşıb.

24saat.org-un məhkəmə prosesində iştirak edən əməkdaşının verdiyi məlumata görə, iş adamı Maqsud Mahmudovun iddiası təmin olunub.
Belə ki, sahibkar 2015-ci ilin əvvəlində “Texnikabank”a müraciət edib. O, 1 milyon 500 min manat kredit alıb və nəticədə MTN-dəki məlum şəbəkə tərəfindən hədəfə alınıb.
İş adamı kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Ancaq çox çəkmir ki, M.Mahmudov təzyiqlərə məruz qalır.

O, kreditin alınmasından 3 ay sonra “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın o zamankı sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev tərəfindən çağırılır.

1

Ondan tələb olunur ki, təcili şəkildə 3 ay əvvəl götürdüyü krediti qaytarsın. Mahmudov isə Hacıyevə kredit müqaviləsinin 2020-ci ilə qədər müddəti olduğunu xatırladır.

Və əlavə edir ki, krediti tezliklə qaytara bilməyəcək, bu pulun əsas hissəsini girov qoyduğu restorana xərcləyib. Məhkəməyə təqdim olunan iddia ərizəsində deyilir ki, C.Hacıyev iş adamına cəmi 3 gün möhlət verir və krediti qaytarmasa MTN-ə aparılacağı ilə hədələyib.

İş adamı 3 gün ərzində nə edəcəyini bilməyib və çıxılmaz duruma düşüb. Qoyulan vaxtın sonuncu günündə restoran kompleksinə MTN əməkdaşları “təşrif” buyurublar.

Onların tələbi krediti qaytarmaq olub. İş adamı bu təzyiqlər altında MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti ilə “Texnikabank”a aparılıb.

C.Hacıyev yanına gətirilən M. Mahmudovdan tələb edib ki, təcili pulu qaytarsın, əks halda özünün və yaxınlarının əmlaklarına əl qoyulacaq.

İş adamı izah etməyə çalışıb ki, kreditə görə aylıq ödənişləri gecikdirmədən ödəyir, aldığı krediti də xərcləyib, kompleksə lazım olan avadanlıqları xaricdən sifariş edib, müvafiq ödəmələr həyata keçirib.

2

Bunun qarşılığında iş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində Sumqayıtdakı notariuslardan birinə aparıblar.

Orada sahibi olduğu “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılov adlı şəxsin adına rəsmiləşdiriblər.

C.Hacıyev iş adamından onun hesabına 115 min dollar köçürülməsini tələb edib. İş adamı yaxasını “MTN çetesi”nin əlindən qurtarmaq ümidi ilə bu tələbi də yerinə yetirib.

Bundan başqa, qardaşı oğlunun adına olan “Mercedes C 300” markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.

Bütün bu faktlarla bağlı hüquq müstəvidə başlanan mübarizə 4 ay davam edib. Belə ki, iş adamı 2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra məhkəməyə üz tutub.
O, restoranının, maşının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Sentyabrın 7-də keçirilən prosesdə ləğv edilmiş MTN-in müstəntiqi Cavid Quluzadə ifadə verib. Deyib ki, “Las Veqas” restoranı adına rəsmiləşdirilmiş Azad İsmayılov onun yaxın tanışı olub.
“Texnikabank” bağlandıqdan sonra Azad İsmayılov ona zəng edib və orada 1 milyondan artıq pulunun batdığını deyib və pulun geri qaytarılması üçün kömək istəyib.

Müstəntiq məhkəmədə deyib ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə vaxtilə MTN-də işləyib deyə ilkin olaraq ona zəng edib, köməklik istəyib.
A.Gərayzadə müstəntiqin xahişini yerinə yetirə bilməyəcəyini söyləyib. Bundan sonra o, bankdakı Samir adlı tanışına müraciət edib.

a3

Cavid Quluzadə

O da xahişin yerinə yetirə bilməyəcəklərini söyləyib. C.Quluzadənin sözlərinə görə növbəti gün ona zəng edib deyiblər ki, həmin pulu əmlakla əvəzləşdirə bilərlər.
Bundan sonra Cavid Quluzadə Azad İsmayılovla birgə bankın təqdim etdiyi bir neçə əmlaka baxış keçirib. Lakin A.İsmayılov əmlakları bəyənməyib. Sonradan isə onlara Sumqayıt yolundakı “Las Veqas” restoranı təqdim edilib.

Azad İsmayılov həmin restoranı pulu ilə əvəzləşdirilməsinə əvvəlcə etiraz etsə də, sonradan razılaşıb. Bundan sonra tərəflər Sumqayıtda yerləşən notariusa gedərək orada M.Mahmudovun adına olan restoranı Azad İsmayılovuun adına rəsmiləşdiriblər.

2015-ci il sentyabrın 11-də baş tutan bu rəsmiləşdirmədən 6 gün sonra, sentyabrın 17-də M.Mahmudovun qardaşı oğlunun adına olan “Mercedes C 300” markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.

24saat.org məlumatına görə, məhkəmədə ifadə verən müstəntiq bunun normal hal olduğunu deyib və A.İsmayılovun maşını onun adına rəsmiləşdirilməsində problem görmədiyini bildirib.
C.Quluzadə avtomobilin hazırki iş üzrə məhkəmə prosesi getdiyi bir vaxtda, bu ilin iyulunda satılmasını A.İsmayılovun istəyi ilə əlaqələndirib.

M.Mahmudov isə bildirib ki, onu həmin alqı-satqı müqaviləsinin bağlanmasına məcbur ediblər: “Eldar Mahmudovun qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda mən nə edə bilərdim? Notariusa getdik, orada “oçkili” kişi vardı, ona dedim ki, alqı-satqını eləmə. O da ortada nağd pul olmadığını deyib eləmirdi. Sonradan ona zəng elədilər, tələm-tələsik rəsmiləşdirdi. Üstəlik evimi, maşınımı da əlimdən aldılar”.

a1

M.Mahmudovun sözlərindən aydın olub ki, o, mülki iddia ilə yanaşı Baş Prokurorluğa da müraciət edib. Müraciəti əsasında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.
İş adamının əmlakının özgəninkiləşdirilməsini rəsmiləşdirən Notariat Kontorunun işçisi Kifayət Nəzərova və A.İsmayılovun vəkili Heydər Məmmədquliyevin çıxışlarından sonra məhkəmə müşavirə otağına yollanıb.

Oradan qayıtdıqdan sonra isə elan etdiyi hökmə görə 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub.
M.Mahmudovun başına gələnlər onu deməyə əsas verir ki, Cahangir Hacıyev bankı nəzarətində saxlamaq üçün qudası, 2015-ci ilin oktyabrına qədər milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun çetesinin xidmətlərindən istifadə edib.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Aksiyalara görə hakimiyyətin Qərbi ittiham etməsi utancvericidir”

%d bloqqer bunu bəyənir: