Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eldar-m.jpg

«Eldar Mahmudov cəzalandırılmasa, bu xəyal qırıqlığı yaradacaq»

Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən bir il keçdi. 2015-ci il okryabrın 17-də prezident İlham Əliyevin bu barədə sərəncamından sonra bu qurumda yüksək vəzifəli şəxslər, general rütbəli məmurlar vəzifədən azad edildi, əksəriyyəti barədə cinayət işi açıldı və onlar həbs edildi.

Analoji olaraq Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi də ləğv olundu və nazir Vəli Ələsgərov həbs olunaraq cinayət məsuliyyətinə cəlb edildi.

MTN ətrafında baş verənlər Rabitə və İnfoirmasiya Texnologiyaları Nazirliyi kimi digər əlaqədar qurumlarda da ciddi struktur dəyişiklikləri və həbslərlə nəticələndi. 2015-ci il dekabrın 14-də Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi və bu qurumun bazasına Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərmanlar imzaladı.

«MTN işi»nə görə həbs edilən bu qurumun əməkdaşları və RYTN-in vəzifəli məmurlarının cinayət işi və məhkəmə prosesləri hazırda davam etdirilir.

Zahid Oruc: “Azərbaycan hakimiyyəti bu hadisələrdən güclənmiş çıxdı”

Milli Məclisin deputatı Zahid Oruc Bizimyol.info saytına hadisələri şərh edərkən bildirib ki, Eldar Mahmudovun həbsi, MTN-in struktur olaraq ləğv edilməsi və qurumun başında dayanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan təhlükəsizliyinə verilən ən böyük töhvədir.
“Ötən illər ərzində biz obyektiv olaraq belə düşünmüşük ki, hər bir nazirlik Konstitusiya və qanunlarla müəyyənləşmiş səlahiyyətlərini həyata keçirməyə cavabdehlik daşıyır. Belə olan təqdirdə Azərbaycanın real vəziyyəti, bu coğrafiyadakı təhdidlər, regional problemlər, istər separatizm, istər ekstremizm, istərsə də dini mövhumatdan qaynaqlanan təhlükələr funksional olaraq ilk növbədə məhz bu hökumət strukturları tərəfindən zərərsizləşdirilməlidir. Çox təəssüf ki, indi cəmiyyətə çıxan məlumat və araşdırma materialalrı göstərir ki, illər ərzində bizə təhlükə məhz bu qurumdan gəlib”.
“Bəs bu illər ərzində Azərbaycandakı təhlükəsizlik, sabitlik necə təmin olunub?” sualına cavab olaraq deputat bildirir ki, bu, təhlükəsizlik orqanlarındakı peşəkarlığını itirməmiş, Konstitusiyaya, dövlətin ali prinsiplərinə qanı bahasına əməl edən insanların, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin tərkibində olan hərbi kəşfiyyatın xəfiyyə işləri hesabına olub. “Bunun hesabına da, dövlətimiz və millətimiz əleyhinə proseslərin qarşısı alınıb. Əslində, dünya tarixinə baxsaq, kəşfiyyat orqanlarının özünü dövlət içərisində ciddi bir qüvvəyə çevirməsi, müxtəlif hökumət strukturlarını özündən aşağı yerə qoyması, hamını müəyyən xofda saxlaması praktikasına rast gəlinib. Azərbaycan bu sarıdan əlahiddə bir ölkə deyil. Amma bütövlükdə bir strukturun total cinayətə uğraması, bir neçə istiqamətdə anti-xalq fəaliyyəti aparması təəssüf olsun ki, Azərbaycanın həyatında özünü göstərdi. Bu, idarəçilik sistemi, prokurorluq və məhkəmə orqanları üçün, dövlət strukturlarının vətəndaşlarla münasibəti üçün də bir sınaqdır. Çox böyük bir ləkə olan bu səhifəni həyatımızdan uzaqlaşdırmaq üçün elə addım atmalıdırlar ki, o orqanın adı altında bir daha Azərbaycana zərbələr vurula bilməsin”.
Zahid Oruc bildirir ki, ötən bir il baş verənlərin dəyərləndirilməsi baxımından əhəmiyyətli oldu. “Həmçinin ölkənin iqtisadi həyatına, sahibkarların fəaliyyətinə, hökumətin içərisində normal birgəliyə qarşı olan təxribatlar aradan qalxmış oldu. Azərbaycan hakimiyyəti bu hadisələrdən güclənmiş çıxdı. Eyni zamanda cəmiyyət rahat nəfəs aldı. Qənaətim ondan ibarətdir ki, bu məsələlər hər kəsə dərs verdi. Məmur olaraq Azərbaycan vətəndaşı üzərində qanla, kimlərəsə işgəncə verməklə, qanunları tapdalamaqla və “yalnız mənəm” şəkilində hərəkət edərək diqtə etməklə heç kimim fəaliyyət aparmasının sonucu yoxdur. Əks halda, o böyük xanimalıq dağılacaq, o insanlar cəmiyyət və millət qarşısında məsuliyyətə cəlb ediləcəklər”.

Eldar Mahmudov niyə həbs edilmir?

MTN-in ləğv edilməsindən sonra bu qurumun rəhbərliyində təmsil olunan bir çox rütbəli şəxslərin həbs olunmasına rəğmən keçmiş nazir Eldar Mahmudovun azadlıqda qalması ictimaiyyət üçün sual olaraq qalır. Bununla bağlı Zahid Oruc bildirir ki, Eldar Mahmudovu dərhal məhbəsə atmaq istənilən faydanı verməyə bilərdi. “Burada söhbət sıradan bir dövlət strukturu, lokal səlahiyyətlərə sahib olan hansısa komitədən getmir. “Təhlükəsizlik orqanları hökumət içərisində özəl məqamlara və böyük bir hakimiyyət gücünə malikdir. O baxımdan ki, gözəgörünməz cəbhədən fəaliyyət apararkən, onlar ən məxfi məlumatlarla işləyirlər və strateji mənadə ölkənin taleyi məhz bu qurumdan asılıdır. Ona görə də təhlükəsizlik sistemini hər bir dövlətin bel sütunu hesab edirlər. Bu mənada, Eldar Mahmudovun cinayət məsuliyyətindən kənarda qalması bizə üst görüntü kimi təqdim olunur. Arxa planda dövlətin, hüquq mühafizə orqanlarının nəyi hədəf etdiyi çoxlarına bəlli olmur. Dünyada bu sahə ilə bağlı tarixçəni incələyəndə görürük ki, bəzən bir cinayətkar sistemi, şəbəkələşmiş strukturu dağıtmaq üşün çox ciddi taktiki planlara, yol xəritəsinə ehtiyac var. Bu məsələdə Eldar Mahmudovu dərhal məhbəsə atmaq istənilən faydanı verməyə bilərdi. Bir tərəfdən ona görə ki, onun rəhbər olduğu dəstənin üzvləri mövcuddur və hələ də cəzadan kənarda qalırlar. İkinci tərəfdən, ölkənin iqtisadi mənafelərinə külli-miqadarda ziyanlar vurulub. “Beynəlxalq Bank”ın vəsaitlərinin, həmçinin vətəndaşlardan yağmalama, quldlurq, banditizm, terror yolu ilə əldə olunmuş vəsaitlərin xaricə çıxarılmasının şahidi olmuşuq. Düşünürəm ki, devalvasiya öncəsi yaşadığımız hadisələrin bir qismi bu məsələlərlə xeyli dərəcədə bağlı idi. Ona görə də ziyanların müəyyən bir miqyasda bərpa olunması, qaytarılması, Azərbaycan büdcəsinə geri dönüşünü təmin etmək üçün hansısa bir fərqli yol seçilə bilər. Eldar Mahmudovun güclü daxili himayəyə malik olduğu, yaxud onu xaricdən hansısa güclü əllərin tapşırdığı, “şifrəli miflər onu qoruyur” kimi fəlsəfəni yayanların fikirlərini bölüşmürəm”.

“Eldar Mahmudovun evi, sarayı, hazırda elə məhbəs kimidir”

Deputatın fikrincə, aprel döyüşləri, ermənilər qarşısında dirənişimiz, ordudakı təxribatların azalması, bina yanğınlarından sonrakı sabitlik də sübut edir ki, bu qurum Azərbaycanda həqiqətən də təhlükə mənbəyi, təhlükə nazirliyi olub.” Bu şəxslərin hamısı cəzalandırılacaq, o cümlədən də Eldar Mahmudov. O generallar ki, Azərbaycan vətəndaşının qanı, istismarı hesabına rütbələr ədlə ediblər, cənab prezidentin Vəli Ələsgərovun timsalında atdığı addım kimi, rütbədən məhum edilməlidir. Hesab edirəm ki, hətta onların vətəndaşlıqdan məhrum edilməsi baş verməlidir. Necə ki, xaricdə terrorçu qrupların, qanunsuz silahlı birləşmlərin tərkibində vuruşanların vətəndaşlqdan məhrum edilməsi baş verir, həmin addım bu şəxslərə qarşı da atılmalıdır. İŞİD başkəsənlik edir, amma düşümürsən ki, bunlar müzdla tutulmuş qüvvədirlər, hansısa bayrağın altında vuruşurlar. Bizim bu saxta generallarımız, hazırda cinayətdə ittiham olunan dəstə isə Azərbaycan bayrağı altında, milli atributlarımızın müşayiəti ilə öz millətimizə qarşı belə bir “səlib yürüşü”nü həyata keçiriblər. O terrorçularla bunların fərqi nədədir? Biz terrorçuları vətəndaşlıqdan məhrum edirik. Halbuki Çovdarovun nə qədər bədheybət obrazı yarasdılsa da, hər bir yağmalamanın, qanunsuz əməlin arxasında Eldar Mahmudovun qara kölgəsi görünür. Ona görə də düşünürəm ki, cəmiyyəti ilk sevindirəcək addım kimi onun dəmir barmaqlıqlar arxasına atılması məsələni tam həll etmir. Azərbaycandan xalqından gedən çoxlu sərvət var ki, bu qüvvələrin əlindədir və onlar istənilən halda bu resurslara söykənə bilirlər. Azərbaycanın ziyanına fəaliyyət də ordan qaynaqlanır. İstisna etmirəm ki, konkret cinayətdə ittiham olunan bu şəxsləri gələcəkdə müdafiə edənlər də ortaya çıxacaq, adlarını məhbus siyahılarına salacaqlar, bəlkə Eldar Mahmudov da kimlərsə tərəfindən qurban kimi qələmə veriləcəkdir. Bütün bunlara baxmayaraq, xalq əleyhinə olan fəaliyyət cəzalandırılmasa, bu, insanlarda xəyal qırıqlığı yaradacaq. Xof hələ də qalacaq və tərəddüdlər olacaq ki, şər bu qədər güclüdür və ağzını qapada bilmirlər. Eldar Mahmudovun evi, sarayı, hazırda elə məhbəs kimidir, düşünürəm ki, tamamilə nəzarət altındadır, ölməyib, sağ-salamatdır”. Deputat vurğulayıb ki ötən bir il ərzində aparılan fəaliyyət dəqiq mexanizm əsasındadır.

İlham İsmayıl: “11 il 3 ay ərzində vurulan ziyanı düzəltmək çətindir”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, əgər söhbət sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan gedirsə, bu adamın indki halda həbs edilmə ehtimalı azdır. “Çünki proseslər hüquqi müstəvidə deyil, “razborka” səviyyyəsində gedir. Əgər hüquqi müstəvidə olsaydı, bu adam həbs olunardı. O ki qaldı Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycanın təhlükəsizliyi məsələlərinə, şükr etməliyik ki, biz hələki İŞİD və s. kimi beynəlxalq terrorizmin, hətta erməni terrorizminin də uzaq hədəfindəyik. Ona görə də burada terror hadisələri keçirilməsi gözlənilmir. DTX-nın peşəkarlıq səviyyəsinə gəlincə isə deyə biləərəm 11 il 3 ay ərzində vurulan ziyanı düzəltmək, istər kadr potensialı, istərsə də məxfi əməkdaşlarının potensialı ilə düzəltmək çətindir. İndiki rəhbərlik nə qədər çalışsa da, işi yüksək peşəkarlıq səviyyəsinə çatdırmaq üçün zaman lazım olacaq”.

MTN-in ləğv olunmasından sonra yeni yaranan qrumlarla bağlı ekspertin rəyi belədir: “MTN indiyədək öz kompetensiyası ilə məşğul olmayıb. DTX yaranandan sonra yeni rəhbərlik təyin edilib. Xüsusilə, İsmayıl Bağırov kimi peşəkarların bu quruma qayıtmasını müsbət qiymətləndirirəm. Əsas məsələ isə dövlətin orqan qarşısında qoyduğu vəzifədir. Hansı vəzifə qoyulsa, təşkilat da o vəzifəni yerinə yetirəcək. Bu, həm daxili, həm də xarici siyasətdə eynidir, nə tələb olunsa, onlar da onu yerinə yetirməyə çalışacaqlar”.

Bizimyol.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Pirsaat su anbarında təhlükə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: