Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Eldar Mahmudov Bəylər Əyyubova qarşı hücuma keçdi

Genaralın qohumları barədə kompromatlar mətbuata ayaq açdı

Bir müddət əvvəl maliyyə naziri Samir Şərifovun üç ölkənin xüsusi xidmət orqanına işləməsi barədə material yayılmışdı. “Azadlıq” bu materialın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsi tərəfindən mediaya ötürülə biləcəyi barədə mülahizə irəli sürmüşdü. Daha sonra təhlükəsizlik eksperti Ilham Ismayıl belə bir ehtimal səsləndirdi. Samir Şərifovla bağlı materiala cavab olaraq Eldar Mahmudovun özünün xarici kəşfiyyata işləməsi barədə məlumatların yayılması bu ehtimalların heç də əsassız olmadığını ortaya qoydu.

Eldar Mahmudovun Samir Şərifovu “vurması” ona görə inandırıcı idi ki, maliyyə naziri Beynəlxalq Bankdakı maxinasiyaların açılmasında xüsusi rol oynamışdı. Bu bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə Eldar Mahmudovun qudasıdır. Bundan başqa, Samir Şərifovla Cahangir Hacıyevin münasibətləri həmişə gərgin olub. Bunun Cahangir Hacıyevin vəkili də mətbuata açıqlamalarında bildirib.

Indisə Eldar Mahmudovun hədəfində prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. Bəylər Əyyubov MTN-dəki dəstənin zərərsizləşdirilməsində mühüm rolu oynayıb. MTN-də keçirilən əməliyyata məhz Bəylər Əyyubov rəhbərlik edib. Bu quruma yeni rəhbər təyin olunana qədər də Bəylər Əyyubovun orada vəziyyətə nəzarət etdiyi bildirilirdi.

Bundan əvvəl də Eldar Mahmudov Bəylər Əyyubova ara-sıra hücumlar edib. Bəylər Əyyubovun nəzarətində olan Xüsusi Dövlət Mühafizə Xidmətinin MTN-ə birləşdirilməsinə çalışan Eldar Mahmudov hər fürsətdə prezidentin şəxsi mühafizə xidmətinin rəhbərini “vurmağa” çalışıb.

“Azadlıq”a daxil olan məlumatda iddia olunur ki, bu günlərdə Bəylər Əyyubovun qohumları barədə mediada yer alan materiallar da Eldar Mahmudov tərəfindən ötürülə bilər. Biz bu materialları yayan media qurumlarını ittiham etmək niyyətində deyilik. Onlar sadəcə əllərinə düşən faktları ictimailəşdiriblər. Güman ki, bu faktların əsl mənbəyindən məlumatsızdırlar.

Həmin materiallarda Bəylər Əyyubovun qohumlarının qiyməti milyonlarla manatla ölçülən əmlaklarından söhbət gedir. Özü də materiallar sənədlərlə zəngindir. Bu da materialın mənbəyi barədə şübhələri artırır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Zakir Həsənov: “Torpaqları tezliklə işğaldan azad etməliyik”

%d bloqqer bunu bəyənir: