Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eldar-akif

Eldar Mahmudov Akif Çovdarovu azadlığa çıxarmağa hazırlaşır

 Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarova diqqətin artması müxtəlif mülahizələrə səbəb olub.

Qeyd edək ki, son günlər intensiv olaraq Akif Çovdarov barədə mediada materiallar dərc edilir.

Deyilə bilər ki, Akif Çovdarov MTN-dəki şəbəkənin açar fiqurudur və hazırda məhkəməsi getdiyindən diqqət mərkəzidir. Medianın bu şəxslə bağlı materiallara geniş yer verməsi təbiidir. Müəyyən mənada doğru iddiadır.

Lakin məsələ burasındadır ki, bu materiallar arasında Akif Çovdarov barəsində müsbət məqamlarla dolu yazıların getdikcə üstünlük təşkil etməyə başlayıb. Söhbət məhz bu məqamdan gedir. Bəzi ehtimallara görə, bu, artıq keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun Akif Çovdarov məsələsinə ciddi diqqət yetirməsilə bağlıdır.

Güman ki, Akif Çovdarovun məhkəmədə Eldar Mahmudova sadiqliyini nümayiş etdirməsi keçmiş naziri hərəkətə gətirib. Hələ o zaman Akif Çovdarovun bu addımı Eldar Mahmudova mesaj kimi dəyərləndirilmişdi. Keçmiş nazir mesajı dəyərləndirərək öncə onun müdafiəsini gücləndirməyə başlaya bilər. Bunun üçün təbii ki, cəmiyyətdə Akif Çovdarov barəsində müsbət rəy yaratmaq lazımdır.

Daha sonra isə Akif Çovdarovun azadlığına nail olmaq. Eldar Mahmudovun belə bir addım atması real görünür. Akif Çovdarovun indiyə qədər səbr edib Eldar Mahmudovun əleyhinə danışmaması da bu ehtimalı gücləndirir.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: