Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
elcin_sixli

Elçin Şıxlı: “Mətbuat Şurasının ona üzv olmayan media qurumuna nə isə deməyə ixtiyarı olmamlıdır”

“Mətbuat Şurası yalnız ictimai rəyə müraciət edə bilər”

Xəbər verdiyimiz kimi, Mətbuat Şurası 24saat.org-a xəbərdarlıq ünvanlayıb. Xəbərdarlığa səbəb Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov barəsində əksər elektron mətbuatda yer alan və heç bir yerdə təkzib edilməyən yazının saytımızda təkrar dərc edilməsi olub.

Maraqlıdır, Mətbuat Şurasının ona üzv olmayan bir media qurumuna xəbərdarlıq ünvanlaması məntiqlidirmi? Ümumiyyətlə, bu qurumun onlayn medianın fəaliyyətinə müdaxilə etmək səlahiyyəti varmı?

24saat.org-a açıqlamasında məsələyə münasibət bildirən media eksperti, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Mətbuat Şurasının ona üzv olmayan media qurumuna nə isə deməsinin başadüşülən olmadığını vurğuladı:

“Biz Mətbuat Şurasının nizamnaməsini qəbul edəndə orada belə şeylər yox idi. İndi nə ediblər, necə ediblər ondan xəbərim yoxdur. Ona görə də konkret bir şey deyə bilmərəm. Elektron KİV-lərlə bağlı bildiyim qədəri ilə qəti qərar yoxdur. Söz-söhbət gəzirdi ki, onlar da Mətbuat Şurasının təsir dairəsində olacaqlar. Amma bu olmayan təqdirdə Mətbuat Şurası ictimai rəyə müraciət edə bilər. Hansısa media qurumu Mətbuat Şurasının üzvü deyilsə Mətbuat Şurasının ona nə isə deməyə ixtiyarı olmamlıdır. Qabaq belə idi. İndi bilmirəm. Bəlkə dəyişdiriblər. Xəbərim yoxdur. Amma hər halda üzv olmayan bir quruma ictimai qınaq nöqteyi-nəzərindən nəsə demək olar. Ondan bundan nə isə deməyə əsas yoxdur”.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fazil Mustafa: “Müəyyən dövr ötəndən sonra hadisələrə daha düzgün qiymət vermək mümkün olur”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: