24 saat

Elçin Qasımovun istintaq müddəti uzadıldı


Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran hadisələrində həbs olunmuş Tale Bağırzadənin müavini Elçin Qasımovun Nəsimi Rayon Məhkəməsidə istintaq müdətinin uzadılması ilə bağlı işə baxılıb. Hakim Babək Pənahovun rəhbərliyi ilə keçirilən məhkəmdə Elçin Qasımovun istintaq müddəti daha iki ay müddətinə uzadılıb.

Elçin Qasımov ötən ilin noyabrın 5-də həbs edilib.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə, 30 sutka inzibati məsuliyyətə cəlb olunan E. Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: