Loading...
Loading...

Elçibəyin qəbrinin üstündəki gül qalmaqalı BÖYÜYÜR

Mərhum prezident Əbülfəz Elçibəyin anım günündə qəribə olay baş verib.

Özünü AXCP-nin varisi hesab edən partiyaların qəbir üstə apardıqları əklillər sonradan oradan yığışdırılıb. Mərhum prezidentin bir neçə nəfər yaxın adamı qəbir üstə çıxış edərək, bu addımlarıyla həmin şəxslərin Elçibəy yoluna dönük çıxmalarıyla izah etməyə çalışıblar. Onlar Elçibəy yolunu yalnız AXCP sədri Əli Kərimlinin davam etdirdiyini bildiriblər.

24saat.org aznews.az-a istinadən bildirir ki, Elçibəyin yaxın qohumu Şahmərdan Rüstəmovun dediyinə görə, mərhum prezident Əbülfəz Elçibəyin qəbrinin üstündə baş verən olaydan təəssüflənib və buna görə mərhum prezidentin ailəsinin narahat olduğunu ifadə edib: “Orada iki əsas olay baş verib. Birincisi, Elçibəyin qohumlarının digər partiyaların gətirdiyi əklilləri yığışdırmasını elan etməsidır. Hətta Elçibəyin ailəsinin belə haqqı yoxdur ki, bəyin qəbri üstünə gətirilən gülü, əklili oradan götürüb kənara qoysunlar. Oğlu, qızı, yoldaşı bu fikirdədir. Heç kimi bu formada aşağılamağa ailə olaraq haqqımız, hüququmuz yoxdur. Elçibəy hamının prezidenti olub. Elçibəy tərbiyəsində, Elçibəy qatında belə bir ayrı-seçkilik yox idi. Həmin qadınlar Elçibəyin dayısı nəvələridir. Onlar bütün qohumların adından belə ifadə işlədiblər. Biz bunun əleyhinəyik”.

Ş. Rüstəmov daha sonra əlavə edib ki, Elçibəyin qəbri üstündə heç bir status yoxdur: “Qəbir üstünə gələndə kimliyindən asılı olmayaraq orada qarşılaşdığımız adamlara baş sağlığı veririk. Elçibəyin qəbri üstündə heç bir status yoxdur. Hamı oranı ziyarət etmək istəyir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Xətaidəki bina qəsdən yandırılıb?

%d bloqqer bunu bəyənir: