Loading...
Loading...

Elçibəy qatilləri – Ölümündən üç ay öncə ABŞ-da Elçibəydən nə istənilib?

III Yazı

…Və yenə də Türkiyənin xəyanəti

Bəli Türkiyənin. Elçibəyin ABŞ səfərini araşdırarkən maraqlı bir fakta rəst gəldik. Ağ Evdə və digər rəsmi qrumlarda çox yüksək səviyyəli görüşlər keçirərkən, hətta konqresdə xüsusi ehtiram olaraq prezident qapısından buraxılarkən Elçibəylə okeanın o tayında görüşməyən yeganə tərəf Türkiyənin ABŞ-dakı Böyükelçiliyi olub. O zaman Böyükelçiliyin başında duran Ərəb mənşəli Türkiyə səfiri Baqi İlkin səfirliyin hər bir əməkdaşına net bir şəkildə göstəriş verib: “Elçibəylə qətiyyən görüşməyin”. Ən dəhşətlisi isə budur ki, üstündən illər keçdikdən sonra həmin bu adam müsahibələrinin birində deyir: “Aman, Allah, bilirsinizmi necə təəssüf edirəm o zaman Elçibəylə görüşməməyimizə. Mənim və səfirliyin bu səfərdən sadəcə xəbəri olmayıb”. Yalanın ağappaq forması, yəni içində zərrə qədər də həqiqət olmayan yalan! Elçibəy ABŞ-a Türkiyədən uçmuşdu
və nəinki Türkiyə rəsmilərinin, hətta sadə türk vətəndaşlarının da bu səfərdən xəbəri var idi. Vaşinqtonda Türkiyə Böyükelçiliyinə Bəyin dəvət olunmaması isə yalnız rəsmi Ankaranın göstərişi ola bilərdi. O Ankaranın ki, bu hadisədən bir neçə ay sonra Elçibəy həyatını bu ölkənin həkimlərinə tapşıracaqdı…

Elçibəy qatilləri – I YAZI

Və elə buradaca digər bir fakt. Bu faktı isə son anlarına qədər Bəyin yanında olmuş Mirmahmud Mirəlioğlunun dilindən eşidirik: “Mən onunla xəstəliyi ilə bağlı məqamı müzakirə edəndə dedim: sənin həkimlərinə inanmıram. Bəy dedi ki, bu fikri sənə yaraşdırmıram. Belə şeyi nəinki demə, heç düşünmə də. Ancaq müəyyən məqamlar var idi… Biz bir çox narahatçılıq doğuran məqamları Amerikaya göndərdik, oradan müsbət cavablar gəldi. Hətta Bakıya optimist əhval-ruhiyyədə gəlməyimizin səbəbləri də bu idi. Sonradan da bəzi analizlərə təkrar baxıldı. Bəlli oldu ki, Əbülfəz bəy bu xəstəliklə minimum 7 il yaşaya bilərdi. O blokadaya alınırdı vəssalam. Ancaq müdaxilə də vaxtında olmamışdı…”

…Bu məqama hələ qayıdacağıq, hələliksə oxucuya söz verdiyimiz kimi başqa bir suala
cavab tapaq:

Kimdir Nelson Ledski?

Bəlli görüşdə adı çəkilənlər içində ona görə bu şəxsin üzərində dayanırıq ki, əsas sima məhz o sayılır. Güman ki, görüşün təşkilatçısı kimi Elçibəyin yaxın dostu, həm də Qərb dairələri ilə isti münasibətləri olan xanım Lasota çıxış edib. Tərəflərin onun evində bir araya gəlməsi də belə düşünməyə əsas verir. Nə isə…

Ledski Amerika prezidenti Cimmi Karterin Kipr danışıqları üzrə üzrə xüsusi təmsilçisi olub. 1980-ci ildə Moskva Olimpiadasının Qərb dövlətləri tərəfindən boykot olunmasının təşkilatçılarından biri idi. Amerika prezidenti Ronald Reyqan administrasıyasının Almaniyanın birləşməsi üzrə Sovet rəhbərliyi ilə apardığı danışıqlarda əsas fiqurlardan idi. Nelson Ledski Ukrayna, Gürcüstan və Qırğısıztanda meydana gələn “rəngli Soros İnqilabları”nın baş memarlarından biridir. Ledski hər zaman Azərbaycana özəl münasibət bəsləyib və bir çox qərb
siyasətçilərindən fərqli olaraq burda demokratiyanı neft maraqlarından önə çəkməyib. Onu da qeyd edək ki, Azərbaycan müxalifətinin qərblə münasibətlərinin zəifləməsində Ledskinin ölümü az rol oynamadı.

Amma bizi maraqlandıran bu da deyil. Maraqlı məqam odur ki, təxminən üç il sonar Müsavat Partiyasının başqanı İsa Qəmbər də ABŞ-a səfər edir və Nelson Ledski ilə görüşür. Bu görüşdə iştirak edən digər şəxslərin də adı bəllidir: Avropa-Avrasiya proqramları direktoru Nadya Dyuk, ABŞ Kəşfiyyat Şurası Rusiya və Avrasiya üzrə direktor müavini Martin Svartz. Bu görüş zamanı ABŞ-da olan çox nüfuzlu bir media mənsubumuz deyir: “İsa bəy görüşdən çıxdıqdan sonra
içəridə olan köhnə tanışlarımdan biri mənə yaxınlaşdı və təəssüflə “bu dəfə də anlaşa bilmədik sizinlə”- dedi”. Maraqlı oxşarlıqdır. 2003-cü ildə İ.Qəmbər müxalifətin ən şanslı namizədi idi və istənilən xarici təşkilatda İsa bəyin alternativ hakimiyyətin başçısı kimi tanındığı şübhəsizdir. 2000-ci ildə isə Bəy prezidentliyə namizəd deyildi. Amma hər kəsə bəlliydi ki, həmin ilin
parlament seçkiləri hakimiyyət dəyişikliyinə start verə bilər və bu prosesin başında Elçibəy durur. Ona görə onunla da danışıqlar Əliyevlərdən sonrakı Azərbaycanla bağlı anlaşmalar məzmununda olmalıydı. Elə isə,

Ölümündən üç ay öncə ABŞ-da Elçibəydən nə istənilib?

Elçibəy qatilləri – MƏNİ HEÇ KIM QUL EDƏ BILMƏZ – II YAZI

Bu nə qədər vacib məqamdır ki, üç il sonra da situasiya dəyişmir və eyni heyət eyni şərtləri İsa Qəmbərdən istəyir? Öncədən onu qeyd edək ki, böyük güclərin Elçibəydən və İsa Qəmbərdən tələblərinin eyni olduğunun qənaətində deyilik.
Əlbəttə, bu haqda qəti söz söyləmək olmaz. Amma əldə etdiyimiz məlumatlar sırasında Musavat Başqanına Qarabağ məsələsində ciddi güzəştlərə gedəcəyi və Əliyevlərin təhlükəsizliyinə qarant verəcəyi təqdirdə hakimiyyət qapılarının açılması təklif olunub və bu təklif qəbul edilməyib.

Elçibəylə bağlı isə vəziyyət fərqlidir.

Əslində, Elçibəy ABŞ-a yalnız siyasi görüşlər üçün getməmişdi. Həmin zamanda okeanın o tayında Türk yürüşü keçirilirdi. Bu ilk Türk yürüşü deyildi və sonuncu da olmadı. Amma həmin yürüş iştirakçılarının siyasi çəkisinə və mahiyyətinə görə özünə qədərki və özündən sonrakılardan xeyli fərqləndi. Elçibəy artıq bütün dünyaya səs salacaq böyük türk hərəkatının başlanğıcını qoyurdu. Həm də konkret hədəflə, o hədəflə ki, Türk yürüşündə Vaşinqton küçələrində Dərbənddən Kəngər (Bəsrə) körfəzinə qədər Bütöv Azərbaycanın xəritəsi çıxarılmışdı. Böyük güclər üçün kifayət qədər narahatedici situasiya yetişirdi. Həm də tək ona görə yox ki, Elçibəyin millətçiliyi demokratizminə üstün gəlmişdi. Ən əsası ona görə ki, artıq

Elçibəy qarşısıalınmaz liderə çevrilmişdi

 Davamını oxuyacaqsınız

Nəsimi Şərəfxanlı, xüsusi olaraq 24saat.org üçün

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

24 il ŞUŞASIZ

Loading...
%d bloqqer bunu bəyənir: