Advertisements
24 saat

Ekvadorda zəlzələ qurbanlarının sayı 646 nəfərə çatıb


Aprelin 16-da Ekvadorda 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 646 nəfərə çatıb. Bu barədə ölkə prezidenti Rafael Korreaya istinadən “La Vanduardia” nəşri məlumat yayıb.

Daha 130 nəfərin adı itkin düşmüşlər siyahısındadır. Prezident, həmçinin xəbər verib ki, təbii fəlakət nəticəsində 12,5 min nəfər yaralanıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, zəlzələ nəticəsində 7 minə yaxın bina dağılıb, 2,7 min ev zədələnib. Ölkə ərazisinin bir hissəsində fövqəladə vəziyyət elan olunub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: