Now Reading:
Ekvadora 3 milyard dollarlıq ziyan dəyib
Full Article 50 second read

Ekvadora 3 milyard dollarlıq ziyan dəyib



Ekvadorda baş verənzəlzələ nəticəsində, ölkəyə təxminən 3 milyard dollar məbləğində ziyan dəyib.

Bu barədə hakim dairələr məlumat yayıb.

1500 binanın dağıldığı, 10 minlərlə adamın evsiz qaldığı bildirilir.

Ölənlərin sayı artıq 500-nəfəri ötüb.

Bundan başqa minlərə adam xəsarət alıb.

2 minə yaxın adam hələ də itkin düşmüş hesab olunur, axtarış əməliyyatları davam edir:

“Statistikaya görə 72 saatdan sonra kimlərinsə sağ tapılmasına şans demək olar ki, qalmır. Amma bu o demək deyil ki, xilasedici əməliyyatlar bu müddətdən sonra dayandırılmalıdır. Biz işi davam etdiririk. Qaydalara görə bu 7, hətta 10 gün çəkə bilər, amma qərarı hakimiyyət verməlidir”, Sebastiyan adlı xilasedici deyir.

Aprelin 16-da Ekvadorda baş verən zəlzələ 7,8 bal gücündə olub.

Bir çox ucqar kəndlərin sakinləri doğma yerlərini tərk edib,müvəqqəti sığınacaqlara getmək istəmirlər. Onlar elə ordaca çadır qurub, açıq havada yaşayırlar.

Bir çox xarici ölkələr Ekvadora xilasedici qruplar və yardım göndəriblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: