Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rr-11.jpg

“Ekspressbank”ın çöküşü – İlginc TƏFƏRRÜAT

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsini şərh edən ekspertlər prosesin yaxın prespektivdə ölkədə 20 bank qalana qədər davam edəcəyini bildirdilər.


Səbəb isə ölkədə ikinci kəskin devalvasiyadan sonra əksər bankların maliyyə durumunun pisləşməsi və müflis olmaq təhlükəsi ilə üzləşməyidir. Bu günlərdə mediada yayılan məlumatlarda iddia edildi bağlanacaq ilk namizəd bank “Express Bank” ASC-dir. Məlumatda deyilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın zamanda həmin bankın lisenziyasının ləğv edilməsi məqsədi ilə xüsusi komissiya yaradılacaq və banka müvəqqəti inzibatçılar təyin edəcək. Həmin məlumatdan bir hissəni diqqətinizə çatdırırıq: “Qeyd edək ki, ölkədə iri nüfuza malik olan “Ador” MMC bankın vəziyyətinin pisləşməsi ilə əlaqədar öz səhmlərini sataraq bankın müşahidə şurasını tərk etmişdir. Bankın səhmələri Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Hacəmməd oğlu tərəfindən alınmaqla, cənab Pirverdiyev rəsmən bankın sahibi oldu. “Express Bank” rəsmən dövlət məmuruna məxsus olan yeganə bankdır. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Qeyd edək Etibar Pirverdiyev kredit borclarına görə bir neçə dəfə “Bandotdelə” çağırılmışdır, hətta barəsində həbs qətimkan tədbirlərinin görülməsi barəsində söz-söhbətlər gəzirdi”.
Yayılan məlumat dərhal Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfdən təkzib edildi. Lakin Cumhurriyyet.az-a etibail mənbələrdən daxil olan məlumat isə Maliyyə Bazarlarına Nəzarət Palatasının ajiotaj yaratmamaq üçün yalan məlumat dövriyyəyə buraxmasından xəbər verir.
Belə ki, bankda çalışan və adının çəkilməsini istəməyən işçilərdən birinin cumhurriiyyet.az-a verdiyi məlumata görə, 2015-ci ildə manatın dollarla nisbətdə iki dəfə dəyər itirməsi “Express Bank”ın aktivlərini xeyli azaldıb. Bankın səhv kreditləşmə siyasəti nəticəsində problemli kreditlərin həcmi artıb. Başqa bir tərəfdən isə bankən kredit portfelində manat kreditlərinin həcminin nisbətdə çox olması və istehlak kreditlərinin ücdantutma hamıya verilməsi hazırda bankı pis vəziyyətdə qoyub.
Bu səbəbdən də bankın likvidlik göstəricilərinin pisləşdiyini deyən mənbəmiz bildirir ki, bankın rəhbərliyində, yəni İdarə Heyəti və Müşahidə Şurasında olanlar bank sahəsində peşəkar deyil: “Bankın maliyyə göstəricilərinin pisləşməsi ilə nəticələnən səhv qərarları da onlar verib. Bankda çalışan azsaylı işçilər verilən səhv qərarlara dəfələrlə etiraz etsələrdə onların dediklərinə məhəl qoyulmayıb”.
Cumhurriyyet.az-ın media üzərində apardığı araşdırmalar zamanı məlum olub ki, bannın idarə heyətində təmsil olunan şəxslər yaxın adamlarının adına on milyon manatlarla kredit götürüb. Maraqlıdır ki, “Express Bank”ın sözügedən “etibarlı müştəriləri”nin kredit götürməsi zamanı 2015-ci ildə verilmiş iki kəskin devalvasiya qərarından az əvvələ təsadüf edir. Və bank rəhbərliyi devalvasiya olacagını əvvəlcədən bilib, götürdüyü kreditləri xarici valyutaya çevirərək, böyük maxinasiya ediblər.
Mənbənin sözlərinə görə, ilin sonuna qədər “Express Bank”ın lisenziyası ləğv ediləcək. Səbəb isə bankın likvidlik göstəricilərinin Mərkəzi Bankın qoyduğu nornalara cavab verməməsi və rəhbərliyin bank işindən uzaq adamlar olmasıdır.
Cumhurriyyet.az-ın başqa bir mənbədən aldığı məlumatda isə deyilir ki, bankın faktiki sahibi, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev “Express Bank”ı xilas etmək üçün göstərdiyi çabalar da heç bir nəticə verməyib. Məlumatlı mənbəmizin iddiasına görə, bağlanacaq “Express Bank”ın əmlakı da Etibar Pirverdiyevdən alınaraq ölkənin iri banklarının birinin mülkiyyətinə veriləcək. Və “Express Bank”ın borclarını da həmin bank verəcək.
“Express Bank”la bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmadayıq Bankın mövqeyini də işıqlandırmağa hazırıq.

Elçin Əmirov, Cumhuriyyet.az

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Avtomobil hissələrində kəskin bahalaşma

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: