Now Reading:
Ekspert “zolaqlı” məhsulun “sirrini” açdı
Full Article 1 minutes read

Ekspert “zolaqlı” məhsulun “sirrini” açdı



Bakının bazar, market şəbəkələri və mağazalarında tam yetişməmiş kənd təsərrüfatı məhsulları satılır. Onlardan əsasən ortasında ağ zolaqlar olan pomidorlar əhalidə böyük narahatlıq yaradır. Əhali bunun insan orqanizmi üçün böyük təhlükə mənbəyi olduğunu hesab edir.

Məsələ ilə bağlı AzNews.az-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, fermerlər saxlanma müddətini uzatmaq üçün bu cür məhsullar yetişdirirlər: “Fermerlər davamlı, möhkəm sortlar yetişdirirlər. Həmin sortlar xarici ölkələrdə, xüsusən də Avropada yetişdirilir və onlar bu il Azərbaycana da gətirilib. Bu pomidorlar istixana şəraitində yetişdirildiyi üçün onladra inkişaf intensif şəkildə gedir. Adi halda, açıq şəraitdə yetişdirilsə, nisbətən yaxşı olar”.

V.Məhərrəmovun fikrincə, bu sort pomidorlar tam yetişməmiş məhsuldur: “Əgər onun tərkibində nitrat çoxdursa, insan orqanizmi üçün zərərli olan maddələr çoxdursa əlbəttə onunla qidalanmaq olmaz. Bəzi mütəxəsislər deyir ki, pomidorlarda olan ağ zolaqlar nitratın çox olmasından xəbər verir. Amma bu sortlarla bağlı onu demək olmaz. Yeni texnologiya var, onun vasitəsilə həmin pomidorların yaxşı yetişməsinə nail olunacaq. Bu, Yaponiya texnologiyasıdır. Həmin üsulla pomidorlar sanki açıq havada olduğu kimi yetişəcək. Lakin onun nə zərəri olacaq, nə də pomidor kimi faydası”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: