24 saat

Ekspert 410 manat söhbətini şərh edir


«Kreditlərin maaşı 410 manatdan aşağı olan şəxslərə verilməməsi düşündürücüdür. Düzdür, ölkədə orta aylıq maaş 488 manat göstərilsə də, reallıqda maaşlar bundan çox azdır».

İqtisadçı-ekspert Qubad İbadoğlu bəzi bankların aylıq qazancı 410 manatdan aşağı olan vətəndaşlara kredit verməməsini AzadlıqRadiosuna belə şərh edib.

O bildirib ki, beynəlxalq standartlara əsasən, maaşın ancaq 3/1-i kredit vəsaitlərinə xərclənə bilər: «Amma nə etmək olar, insan alternativsiz qalanda, bu standartları da poza bilir».

İqtisadçı bu halda ölkədə kredit götürmə imkanı olan insanların dairəsinin çox kiçiləcəyini söyləyib: «Yalnız özəl sahədə, bank, maliyyə sistemində çalışanlara kredit əlçatan olacaq. Bu isə o deməkdir ki, işləyənlərin 80% -nin kreditə çıxışları məhdudlaşacaq».

İbadoğlu bu halın özünü banklardan ötrü də problem sayır. Onun fikrincə, bankların istehlak, ipoteka kreditləri ayırması dairələri azalır və banklar da bundan zərər görürlər. «Burada banklar da depozitlərdən gəlir əldə edə bilmirlər ki, bu da onlar üçün pis nəticə deməkdir».

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: