Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DYP rəisi yol hərəkəti qaydasını pozduğunu dandı

 Bu gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun idarə etdiyi xidməti maşın ilə qaydaları pozmasını əks etdirən foto yayılıb. Fotoda quruma məxsus maşının piyada keçidinin üzərində dayandığı görünür.

Sosial şəbəkələrdə paylaşılan fotoya istifadəçilərin reaksiyası birmənalı olmayıb. İstifadəçilər Vaqif Əsədovun idarə etdiyi 99- YP- 333 dövlət nömrə nişanlı avtomobilin piyada keçidinin üzərində saxlayaraq qaydaları pozduğunu, lakin maşının evakuatorla aparılmamasından şikayət ediblər. “Biz belə saxlasaq, 10 dəqiqə sonra evakuasiya və cərimə edirlər”.

Vaqif Əsədovun YPX maşın ilə qayda pozuntusu törətdiyi həmin an

Vaqif Əsədovun YPX maşın ilə qayda pozuntusu törətdiyi həmin an

Məsələ ilə bağlı polkovnik Vaqif Əsədov ANS PRESS-ə açıqlama verərək bildirib ki, onun idarə etdiyi polis avtomobili piyada keçidinin üzərində dayanmayıb. “Sadəcə fotoda elə görünür. Mən yol hərəkəti qaydasını pozmamışam. Çünki həmin vaxt avtomobilin sayrışan işığı qoşulu vəziyyətdə idi. Bununla da hərəkətdə üstünlüyə malik sayrışan işıqlardan istifadə edirdim. Bu, həmin fotoda da görünür. Həmin vaxt isə ərazidə təbliğat aparırdım. Əvvəla, heç nə heç kimə qayda pozuntusu törətməyə səlahiyyət vermir. Ancaq zərurət yarandıqda yol hərəkəti haqqında qanunun tələblərinin pozulması hərəkət üstünlüyünə malik avtomobillərin sürücülərinə icazə verilir”.

Polkovnik deyir ki, məsələni bu qədər şişirtməyin də heç bir mənası yoxdur. Çünki bu vəziyyətdə əgər qayda pozuntusu varsa belə, o, müvafiq qaydada məsuliyyətə cəlb ediləcək. “Həm də bununla sübut edirəm ki, qanun hər kəs üçün eynidir. Kim xəta törədirsə, hökmən cəzalandırılmalıdır. Mən də həmin xətaya görə cəzalandırılacam. Əgər mən polis polkovniki olaraq məsuliyyətə cəlb edilirəmsə, deməli, heç kim qanundan qaça bilməz. Həmin vaxt da iş başında olduğum üçün qayda pozuntusuna görə heç bir cərimə sənədi gəlməyib”.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Ölkənin polis orqanlarında özbaşınalıq hökm sürür”

%d bloqqer bunu bəyənir: