Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DYP-nin terminalları iflic olub – FOTOLAR

Dövlət Yol Polisinin Qaradağ rayonu ərazisindəki stasionar postunda vətəndaşların ödəmə terminalları vasitəsilə cərimələri ödəməsinə süni maneələr yaradılır. 8 may 2016-ci ildə vətəndaş Məmməd Məmmədzadənin Yol hərəkətinin pozulmasına görə cəriməni müvafiq “Bank Technique”in ödəniş terminalına ödəmək istəyərkən yaşanıb. 24saat.org xəbər verir ki, həmin postun Natiq adlı polis əməkdaşı əksər stasionar postlarda terminalların işlək vəziyyətdə olmadığını deyib. Cəriməni həmin terminallara ödəmək qeyri mümkündür.
Xatırladaq ki, həmin statsionar postda “Bank Technique”in ödəniş terminalı olsa da texniki baxımdan yararsız hala düşmüşdü.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) daxili informasiya sistemi Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) inteqrasiya olunub. Qanunverciliyə görə, Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri nağd şəkildə ödəmə terminalları vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müvafiq stasionar postlarında ödənilə bilər .

24saat.org

dyp

 

dyp2

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Məleykə Abbaszadə qəbul imtahanlarından danışdı

%d bloqqer bunu bəyənir: