Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DYP-də qiyam: Müşfiq Rəhimovla Mübariz Şahbazov cütlüyü generala qarşı – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində uzun müddətdən bəri qruplaşmaların olduğu və illər ərzində bur qruplar arasında soyuq savaşın getdiyi barədə mətbuatda dəfələrlə təkzibolunmaz xəbərlər dərc olunub.

DYP-dən daxil olan ilginc məlumata görə, qurumda baş verən qarşıdurmalar bir müddət səngidikdən sonra yenidən alovlanmağa başlayıb. Məlumatda iddia edilir ki, DYP rəisi polis general – mayoru Ramiz Zeynalovun yaş həddinin keçməsi ilə əlaqədar yaxın aylarda vəzifəsi ilə vidalaşacağı barədə yayılan məlumatlar qurumdakı qruplaşmaları hərəkətə keçirib.
Daxil olan məlumatda vurğulanır ki, hər zaman generala yaxınlığı iə tanınan iki cənublu DYP İdarəsinin rəis müavini polkovnik Mübariz Şahbazov və Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimov birlikdə hərəkət etməyə başlayıb. Maraqlı nüanslardan biri isə polkovnikin Müşfiq Rəhimovla birlikdə qruplaşma yaradaraq generalın yerinə iddia etməsidir. Mənbəmiz bildirir ki, əslində pensiya yaşı çatmış Ramiz Zeynalovun yerini tutacaq namizədlərdən birincisi elə Mübariz Şahbazovdur. Uzun müddətdir DYP sistemində çalışan və qurumun bütün işlərinə rəhbərlik edən şəxs məhz Mübariz Şahbazov olub. Ramiz Zeynalovdan sonra DYP-dəki hazırki sistemin qalmasını yalnız polkovnik bacara bilər. Ancaq generalın yerinə göz dikənlərin sayı hesabı həddindən artıq çoxdur.
Saytımıza daxil olan ilginc məlumatda qeyd olunur ki, Mübariz Şahbazovla Müşfiq Rəhimov DYP-də “Cənub qruplaşması” yaradaraq Ramiz Zeynalovun yerinə iddialarını artıq ortaya qoyublar. Belə ki, polkovnik və ortağı əlaqələrindən istifadə edərək hakimiyyətin yuxarı dairələri ilə bu məsələni müzakirə etmək istəyindədirlər. Məlumatda deyilir ki, DYP sistemində general Ramiz Zeynalovun “qara kassası” kimi tanınan Mübariz Şahbazov qurumda böyük nüfuza malikdir. Bu nüfuz əsasən regional MERO-a və qurumdakı yağlı yerlərə nəzarətdən ibarətdir. Əslində general polkovinkə o qədərdə inanmayaraq bu məsələdə özünün ən yaxın qohumunu da nəzarətçi qoyub. Ancaq general MERO-lardan gələn bütün hesabları sonda məhz Mübariz Şahbazovla haqq-hesab edir. Müşfiq Rəhimovunda DYP sistemində güclənməsinin və generalın yanında etimad qazanmasının ilk səbəbkarının məhz polkovnik olduğu iddia edilir. İndi isə DYP sistemində vəziyyət xeyli dəyişib. Çünki pensiya yaşı çatan Ramiz Zeynalov vəzifəsində yəqinki çox qalmayacaq. Bunu heç onun özünündə istəmədiyi deyilir. Buna görədə Mübariz Şahbazovla Müşfiq Rəhimovun rəhbərlik etdiyi “Cənub qruplaşması” hərəkətə keçmək üçün bir fürsət axtarırlar.
Məlumtda iddia olunur ki, DYP sistemində ən varlı şəxslər məhz “Cənub qruplaşmasının” üzvləridir. Buna misal olaraq Müşfiq Rəhimovu deyə bilərik. İllərdir nömrə “biznesi” ilə məşğul olan bu şəxs demək olar ki, böyük bir oliqarxdır. Təkər, restoran, ərzaq və sair bizneslərlə məşğul olan şəxsin əsas şəriklərindən birinin Mübariz Şahbazov olduğu iddia edilir. Maraqlı məqamlardan biri isə Müşfiq Rəhimovla Mübariz Şahbazov cütlüyünün onlar haqqında tənqidi yazılar dərc etməmələri üçün müxtəlif müxalif media qurumları ilə yaxşı “münasibətlər” qurmasıdır. Həmin media qurumlarının arasında sabiq MTN naziri, dövlətimizə xəyanət etmiş Eldar Mahmudova yaxın olan mətbu orqanlar da var. Bu gündə Mübariz Şahbazov və Müşfiq Rəhimov həmin “media” ilə ciddi münasibətdədir. Mənbəmiz bu “əlaqənin” MTN-ə bağlı saytlarda Mübariz Şahbazovla bağlı kompramat məlumatların olmaması və polkovnikin buna görə onlarla hesablaşdığı deyilir. DYP içində hər kəs yaxşı bilir ki, əslən Cəlilabaddan olan Mübariz Şahbazovun paytaxt Bakıda və doğma rayonunda çoxlu sayda mal-mülkü mövcudddur. Eyni misalı Müşfiq Rəhimovada aid etmək olar. Məhz buna görədə “Cənub qruplaşmasının” rəhbərləri özləri haqqında ilginc məlumatların mediada işıqlanmaması üçün müxalifət və Eldar Mahmudova bağlı mətbuatla münasibətləri hər zaman yaxşı saxlamağa çalışıblar.
Qeyd edək ki, polkovnik Mübariz Şahbazovun Bakı şəhərində hansı obyektlərinin olması barədə araşdırmalarımız davam edir və əldə etdiyimiz məlumatları davamlı olaraq oxucularımıza təqdim edəcəyik. (xalqxeber.az) Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq..cumhuriyyet.net

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Həbsdə olan jurnalistin həyat yoldaşı: “Məni deportasiya etmək istəyirlər”

%d bloqqer bunu bəyənir: